DAXİLİ QOŞUNLARIN “N” SAYLI HƏRBİ HİSSƏSİNİN 40 İLLİYİ QEYD OLUNMUŞDUR
Əvvəlcə iştirakçılar Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər.
Hərbi hissənin komandiri, polkovnik İnqilab Muradov rəhbərlik etdiyi qurumun tarixi və keçdiyi döyüş yolu barəsində məlumat vermişdir.
Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov şəxsi heyəti təbrik edərək bildirmişdir ki, DİN-in Daxili Qoşunları məhz bu hərbi hissənin əsasında təşkil olunmuşdur və qısa bir müddətdə öz layiqli yerini tutmuşdur. Ənənələrə sadiq qalaraq indi də bu hərbi hissədə aparıcı zabitlərin formalaşması işinin davam etdiyini deyən komandan, hərbi hissənin yüksək döyüş hazırlığına malik olduğunu vurğulamışdır.
Tədbirdə, həmçinin hərbi hissənin bir sıra hərbi qulluqçularına orden və medallar təqdim edilmişdir.
Sonra Daxili Qoşunların xüsusi təyinatlı bölmələri döyüş qabiliyyətlərini nümayiş etdirmişlər.