Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Dayanıqlı sülhün təmin edilməsində çoxtərəfliliyin artan əhəmiyyəti” mövzusunda videokonfrans keçirilib

Bakı, 23 sentyabr, AZƏRTAC

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Daimi Katibliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı, təhsil müəssisəsinin müəllim və tələbə heyətinin iştirakı ilə 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr edilmiş “Dayanıqlı sülhün təmin edilməsində çoxtərəfliliyin artan əhəmiyyəti” mövzusunda videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyanın Baş katibi Elnur Sultanov Beynəlxalq Sülh Gününün tarixi və qeyd olunmasının əhəmiyyətindən danışıb, qlobal sülhün və təhlükəsizliyin təmin olunmasında çoxtərəfliliyin, beynəlxalq təşkilatların, o cümlədən UNESCO-nun rolu, sülh üçün təhsil və sülh mədəniyyətinin təşviqi sahəsində görülən işlər barədə məlumat verib.

E.Sultanov xalqımızın ulu öndəri Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan-UNESCO münasibətlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini söyləyib. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan-UNESCO əməkdaşlığının genişləndirilməsində, mədəniyyətlər və dinlərarası dialoq, sülh şəraitində birgəyaşayış və tolerantlıq, mədəni müxtəlifliyin təbliğində müstəsna xidmətlərini vurğulayıb.

Baş katib əsası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə qoyulmuş “Bakı Prosesi”nin əhəmiyyətindən, ölkəmizin UNESCO çərçivəsində həyata keçirilən layihələrdə iştirakından bəhs edib.

E.Sultanov çıxışında ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, Ermənistanın bölgədə münaqişə ocağı yaradaraq uzun illərdir dayanıqlı sülhə və təhlükəsizliyə ciddi təhdid törətdiyini, Ermənistan-Azərbaycan beynəlxalq sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatlarının Ermənistan rəhbərliyinin əsl niyyətinin sülh yox, təcavüzün davam etdirilməsi olduğunu nümayiş etdirdiyini bildirib. O, həmçinin Ermənistan tərəfindən işğal altında olan ərazilərimizdə mədəni irsin dağıdıldığını, mənimsənildiyini, tarixi və mahiyyətinin dəyişdirildiyini və bu məsələnin tərəfimizdən UNESCO çərçivəsində mütəmadi qaldırıldığını qeyd edib.

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının üzvü, Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov Beynəlxalq Sülh Gününün əhəmiyyəti barədə danışıb, BMT-nin bütün fəaliyyəti və sənədlərinin sülhün yaradılmasına və dayanıqlılığının təmin edilməsinə yönəldiyini qeyd edib, UNESCO-nun sülhün təşviqi sahəsində fəaliyyətindən bəhs edib. O, Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməməsinin bütövlükdə regionun inkişafına maneə olduğunu vurğulayıb. Rektor daha sonra ölkəmizdə tətbiq olunan yeni idarəçilik texnologiyaları, davamlı inklüziv inkişaf səviyyəsi indeksi üzrə reytinq göstəricilərindən bəhs edib, Azərbaycanın resurslardan düzgün istifadə etməsi nəticəsində yüksək göstəricilər əldə etdiyini deyib.

Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyev çıxışında qlobal sülh və təhlükəsizliyə nail olmaq üçün beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmasının əhəmiyyətindən bəhs edib, sülh və təhlükəsizliyin təminatçısı kimi BMT-nin fəaliyyəti, təşkilat çərçivəsində münaqişələrin həlli ilə bağlı qərarların qəbulu və icrası mexanizmlərinə toxunub, bir çox münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi üzrə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qəbul olunduğunu, lakin icra edilmədiyini qeyd edib. Bu xüsusda o, sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində BMT mandatı çərçivəsində meydana çıxan çətinliklər, eyni zamanda, müasir dövrdə yaranmış yeni təhdidlər, xüsusilə hibrid müharibələr, kibertəhlükəsizlik və informasiya məkanında mübarizənin əhəmiyyətindən danışıb, BMT sistemində islahatlar barədə məlumat verib. Y.Rəfiyev çıxışında digər universal beynəlxalq platforma olan Qoşulmama Hərəkatı və onun sədri qismində ölkəmiz tərəfindən sülhün təmin edilməsi istiqamətində atılan addımlardan bəhs edib.

Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekanı professor Elçin Əhmədov Ermənistan-Azərbaycan münaqişəsi və onun həlli prosesində ölkəmizin mövqeyi, informasiya məkanında Ermənistanın təcavüzkar siyasəti ilə mübarizə, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələr, eyni zamanda, BMT sistemində zəruri olan islahatlar barədə danışıb.

Videokonfransın moderatoru, Azərbaycan UNESCO Klublarının koordinatoru Cahangir Hacıyev UNESCO tərəfindən tanınan beynəlxalq günlərin qeyd olunmasının əhəmiyyəti, bu istiqamətdə Azərbaycan UNESCO Klublarının həyata keçirdiyi işlər, məktəblilər arasında Təhsil Nazirliyi ilə birgə keçirilən, Beynəlxalq Sülh Gününə həsr olunmuş rəsm müsabiqəsi, eləcə də Dövlət İdarəçilik Akademiyasında yaradılmış UNESCO Klubunun fəaliyyəti barədə məlumat verib.

Sonda qlobal sülhün təmin edilməsinə müasir təhdidlər, davam edən münaqişələr, ölkəmizin beynəlxalq sülhün təşviqinə töhfəsi barədə müzakirələr aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub