“DÇ-2018”in Avropa zonası üzrə seçmə qrup mərhələsinin növbəti oyunları keçirilib
Bakı, 10 oktyabr, AZƏRTAC
Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində X turun növbəti görüşləri olub.
AZƏRTAC xəbər verir ki, sonuncu turun ikinci oyun günündə “D”, “G” və “İ” qruplarında doqquz oyun keçirilib. “D” qrupunun lideri Serbiya evdə Gürcüstana 1:0 hesabı ilə qalib gələrək turnirin final mərhələsinə vəsiqə qazanıb.
Türkiyə millisi isə səfərdə Finlandiya komandası ilə görüşü heç-heçə (2:2) başa vurub.
Görüşlərin nəticələri aşağıdakı kimi olub:
“D” qrupu
Serbiya - Gürcüstan - 1:0
Uels - İrlandiya - 0:1
Moldova - Avstriya - 0:1
“G” qrupu
İsrail - İspaniya - 0:1
Albaniya - İtaliya - 0:1
Makedoniya - Lixtenşteyn -4:0
“İ” qrupu
Ukrayna - Xorvatiya - 0:2
İslandiya - Kosovo - 2 :0
Finlandiya - Türkiyə - 2:2