“De Beers” 2 milyard dollarlıq almaz ehtiyatını sata bilmir
Bakı, 25 dekabr, AZƏRTAC
“De Beers” almaz hasilatı qrupu aşağı tələbat fonunda 2008-ci il maliyyə böhranından bəri sata bilmədiyi brilyantların ən böyük ehtiyatını toplayıb. Ehtiyatın dəyəri 2 milyard dollar həcmində qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, Çində qiymətli daşlara azalan tələbat, laboratoriyada yetişdirilən almazlarla artan rəqabət, eləcə də pandemiya zamanı nişan üzükləri sifarişinin əhəmiyyətli dərəcədə azalması brilyantların satışı ilə bağlı çətinliklərə səbəb olub.
Uzun müddət davam edən aşağı tələbat “De Beers” qrupunu qiymətli daş istehsalını 20 faiz azaltmağa və onların hərrac qiymətlərini aşağı salmağa məcbur edib.
Qeyd edək ki, “Anglo American” dağ-mədən korporasiyasına daxil olan “De Beers” şirkəti zərgərlik sənayesində dünya liderlərindən biridir. Cari ilin birinci yarısında şirkətin gəlirləri 2,2 milyard dollar təşkil edib, halbuki ötən ilin eyni dövründə bu göstərici 2,8 milyard idi.
Yohannesburq Birjasının hesabatına görə, bu ilin üçüncü rübündə şirkətin almaz hasilatı ötən illə müqayisədə 25 faiz azalaraq 5,6 milyon karata düşüb. 2024-cü ilin ilk doqquz ayı ərzində isə həmin göstərici 21 faiz azalaraq 18,88 milyon karat təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:31]
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır
- 05.10.2026 [16:14]
Qazaxıstanda cinayətlərin sayı azalıb
- 05.10.2026 [16:07]
Şotlandiyada şəxsi ada 350 min funt-sterlinqə satışa çıxarılıb
- 05.10.2026 [15:51]
Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib
- 05.10.2026 [15:32]
Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur
- 05.10.2026 [15:16]
Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir
- 05.10.2026 [15:06]