Dekabrın 10-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Buludlu hava şəraitinin üstünük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsəcəyi gözlənilir.
Temperatur gecə 5-8° isti, gündüz 9-11° isti, Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yuxarı - 765 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcəkdir.
Temperatur gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
Yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcəkdir.
Temperaturun gecə 1-6° isti, gündüz 7-11° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,
Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
Arabir yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, qar yağacaqdır.
Temperatur gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
Arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 2-7° isti, gündüz 8-13° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
Arabir yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 5-7°, gündüz 9-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.