Dekabrın 11-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 5-8°, gündüz 8-12° isti olacaqdır.
Bakıda gecə 6-8°, gündüz 9-11° isti olacaqdır.
Atmosfer təzyiqi 763 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-95, gündüz 70-80 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən,Gədəbəy rayonlarında
arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-5 ° şaxtadan 2-7°-dək isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
yağış yağacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir.
Temperaturun gecə 1-6°, gündüz 7-12° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı, duman olacağı gözlənilir.
Temperaturun gecə 0-5° isti, gündüz 5-10° isti,
dağlarda gecə 0-5° şaxta, 0-5° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 2-7°, gündüz 8-13° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 5-7°, gündüz 9-12°, dağlarda gecə 3 ° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 11-dən 13-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti əksər meteohəssas insanlar üçün müsbət amildir.