Dekabrın 29-31-də paytaxtdan bölgələrə 25000-dən çox sərnişin daşınıb
Bakı, 1 yanvar, AZƏRTAC
Ölkənin bütün avtovağzal və avtostansiyaları dekabrın 29-dan gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, gücləndirilmiş rejimin üç günü ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərdə həyata keçirilən 838 reyslə 25 046 sərnişin daşınıb.
Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 200-dən çox reys həyata keçirilib.
Sərnişinlərin 60 faizi biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək BBAK-dan ölkənin müxtəlif istiqamətlərinə səfərlərini reallaşdırıb. Bu da onlayn bilet satışında rekord göstərici hesab olunur.
Paytaxtdan bölgələrə və əks istiqamətə sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən “biletim.az” portalından onlayn qaydada əldə etmələri tövsiyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]