Dekabrın 9-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 7-9°, gündüz 9-11° isti olacaqdır.
Bakıda gecə 7-9°, gündüz 9-11° isti olacaqdır.
Atmosfer təzyiqi norma daxilində 763 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
arabir yağış yağacağı gözlənilir. Bəzi dağlıq ərazilərdə yağışın sulu qara, qara keçəcəyi ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi dağlıq ərazilərdə yağışın sulu qara, qara keçəcəyi ehtimalı vardır.
Temperaturun gecə 3 ° şaxtadan 1°-dək isti, gündüz 4°-9° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 4-8°, gündüz 8 -13° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,Quba-Qusar-Xaçmaz rayonlarında
arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın sulu qara, qara keçəcəyi ehtimalı vardır.
Temperaturun gecə 2-6° isti, gündüz 7-12° isti,
dağlarda gecə 3° şaxtadan 1°-dək isti, gündüz 1-5° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 2-7°, gündüz 9-14° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağış yağacağı gözlənilir. Dağlarda sulu qara, qara keçəcəyi ehtimalı vardır.
Temperaturun gecə 6-9°, gündüz 9-14°, dağlarda gecə 3-6 °
isti, gündüz 6-9° isti olacağı gözlənilir.