“Delta” qasırğası səbəbindən Meksika körfəzindəki enerji şirkətləri neft hasilatının 80 faizini dayandırıb
Bakı, 8 oktyabr, AZƏRTAC
“Delta” qasırğası Meksika körfəzindəki neft istehsalı obyektlərini təhdid edir.
AZƏRTAC xəbər verir ki, qasırğa Meksika körfəzində əsas neft emalı zavodlarının dayandırılmasına səbəb olub. Yukatan yarımadasını keçən və cümə günü Luiziana sahillərinə çatması gözlənilən “Delta” qasırğası səbəbindən Meksika körfəzindəki enerji şirkətləri neft hasilatının 80 faizini dayandırıb.
Ekspertlərə görə, Meksika körfəzindəki neft obyektlərinin bağlanması “qara qızıl”ın qiymətlərinin artmasına səbəb olacaq. Lakin bu artım qısamüddətli olacaq. Əgər bağlanan obyektlərin fəaliyyətini bərpa etməsinə 1 həftədən çox vaxt lazım gələrsə, bu, neftin qiymətində güclü artıma səbəb ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]