“Delta” tropik fırtınası qasırğaya çevrilib
Bakı, 6 oktyabr, AZƏRTAC
Atlantik okeanda yaranmış “Delta” tropik fırtınası qasırğaya çevrilib. Bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qasırğa daxilində küləyin sürəti saniyədə 33,5 metrdir. Hazırda tsiklon Yamaykanın Neqril şəhərindən 216 kilometr cənubdadır və saatda 13 kilometr sürətlə şimal-qərbə doğru irəliləyir.
Meteoroloqların hesablamalarına görə, Meksikanın cənubunda, Kubanın qərbində, Yamayka və Kayman adalarında güclü külək və yağış gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:16]
ABŞ rəsmiləri və İran nümayəndə heyəti arasında görüş olub
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]