Dendrologiya İnstitutu beynəlxalq təşkilatlarla toxum mübadiləsi üzrə əməkdaşlıq edir
Bakı, 29 iyun, AZƏRTAC
Polşa, Sloveniya və Norveç nəbatat bağlarından flora zənginliyini artırmaq və gənc alimlərin tədqiqatları üçün AMEA Dendrologiya İnstitutuna 42 növ toxum göndərilib.
Bu barədə AZƏRTAC-a Dendrologiya İnstitutundan məlumat verilib. Qeyd olunub ki, institut müxtəlif təşkilatlarla (Portuqaliya, Braziliya, Almaniya, İspaniya, İtaliya, Xorvatiya, Rusiya və digər ölkələrin 100-dən artıq botanika bağları ilə) toxum mübadiləsi üzrə əməkdaşlıq edir.
Azərbaycanın bitki ehtiyatlarının zənginləşdirilməsi və tədqiqi üçün respublikanın müxtəlif ekoloji şəraitində bitən və xarici ölkələrdən gətirilən nadir, nəsli kəsilməkdə olan bitkilərin bioloji müxtəlifliyinin öyrənilməsi, onların genefondunun saxlanması və mühafizəsi üzrə elmi-tədqiqat işlərinin aparılmasının mühüm əhəmiyyəti vardır. Biomüxtəliflik və onun mənşəyinin öyrənilməsi təbiət və təbii resursların qorunmasına yönələn Dendrologiya İnstitutunun əsas istiqamətlərindən biridir.
Beynəlxalq mübadilə və tədqiqatlar təcrübələri artırmağa, həm də elmin yeni nailiyyətlərini institutda tətbiq etməyə imkan verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:26]
BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat dinlənilib
- 15.10.2026 [13:21]
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib
- 15.10.2026 [11:53]
İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur
- 15.10.2026 [11:16]
Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium
- 15.10.2026 [10:59]
AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub
- 15.10.2026 [10:59]