“Dəniz Kuboku–2017” müsabiqəsində “üzən mina” hədəfinə artilleriya atışları keçirilib VİDEO
Bakı, 5 avqust, AZƏRTAC
“Dəniz Kuboku-2017” müsabiqəsi çərçivəsində “Üzən minaya artilleriya atışı” üzrə 3-cü epizod icra edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq hakimlər briqadasının qərarına görə, bu epizodun yerinə yetirilməsinin nəticələrinə əsasən birinci yerə 50 xalla Rusiyanın “Qrad Sviyajsk” kiçik raket gəmisinin ekipajı, ikinci yerə 48 xalla Azərbaycanın “G-124” gözətçi gəmisinin ekipajı, üçüncü yerə 46 xalla Qazaxıstanın “Sarıarka” raket artilleriya gəmisinin ekipajı və dördüncü yerə 44 xalla İranın “Cövşən” raket katerinin ekipajı layiq görülüb.