DƏNİZƏ NEFT AXIDILMASI PROBLEMLƏRİ DİQQƏT MƏRKƏZİNDƏ OLACAQDIR
Xəzərə neft axıdılması problemləri qeyri-hökumət ekologiya təşkilatlarının fevralın 12-14-də Bakıda keçiriləcək ictimai forumunun diqqət mərkəzində olacaqdır. Crude Accountabilitu beynəlxalq qeyri-hökumət təşkilatının Azərbaycan üzrə nümayəndəsi Ənvər Səfərzadə AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, forum iştirakçıları neftin qəza nəticəsində Xəzərə axıdılmasının qarşısının alınması, qəzanın nəticələrinin aradan qaldırılması ilə, buna nəzarətlə bağlı mövcud planların, bu sahədəki metod və texnologiyaların səmərəliliyi məsələlərini, neftin axıdılmasının qarşısının alınmasında ictimaiyyətin rolunu, həmin problemə dair İctimai Şuranın yaradılmasının zəruriliyini, neftin axıdılmasına ictimai monitorinqin həyata keçirilməsi üçün müşahidəçilər şəbəkəsinin formalaşdırılması prinsiplərini müzakirə edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]