Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Qərb dövlətləri Gürcüstana qarşı açıq şəkildə təhdid və təzyiqlərə başlayıb

Deputat: Qərb dövlətləri Gürcüstana qarşı açıq şəkildə təhdid və təzyiqlərə başlayıb

Bakı, 30 oktyabr, AZƏRTAC

Bu gün ölkə və dünya mətbuatında əsas müzakirə mövzularından biri Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının qalib gəlməsidir. Seçkilərin nəticələri bir daha göstərdi ki, Qərbin region dövlətlərinin daxili işlərinə qarışmaq cəhdləri baş tutmayacaq. Hər bir ölkənin həyatında seçkilər mühüm rol oynayır. Bu, prosesin demokratikliyində, şəffaflığında, bunların əsasında xalqın iradəsini əks etdirən nəticənin əldə edilməsində özünün aydın ifadəsini tapır. Cənubi Qafqaz ölkələrində keçirilən seçkilər bir qayda olaraq Azərbaycanın və Gürcüstanın müstəqil siyasət yürütdüyünü nümayiş etdirdiyi halda, bu proses hər zaman Ermənistanın müstəqilliyinin formal xarakter daşıdığını, bu və ya digər dövlətin maraqlarının müdafiəçisi olduğunu təsdiqləyir. Bu baxımdan hakim partiyanın qələbəsi Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayırıcı xətlər yaratmaq cəhdlərinə böyük zərbədir. Bu fikir gürcü politoloqları tərəfindən də etiraf edilir ki, bu gün Gürcüstan-Azərbaycan birliyi mövcuddur və tarix də göstərir ki, bu birlik olanda hər iki dövlət güclü olur. Onu da qeyd edək ki, Gürcüstanda 300 minə yaxın azərbaycanlı yaşayır. Soydaşlarımız yaşadıqları bölgələrdə seçkilərdə yüksək fəallıq nümayiş etdirərək hakim partiyanın qələbəsinə dəstək oldular. Bu dəstək özündə bütün məqamları açıqladı. Bu, gələcəkdə Azərbaycan və Gürcüstan arasındakı əlaqələrin daha da möhkəmlənməsində əsas faktorlardan biridir. Çünki Azərbaycan və Gürcüstan tarixən bir-biri ilə sıx bağlı olan ölkələrdir. Bu birlik regionda dayanıqlı iqtisadi inkişafı, sabitliyi şərtləndirir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə söyləyib.

Deputat qeyd edib ki, seçkilərin nəticələri başqa cür olsaydı, Qərbin dəstəklədiyi namizədlər vasitəsilə Gürcüstanda, bütövlükdə regionda yeni cəbhə açmaq, bölgəni xarici qüvvələrin təsiri altına almaq siyasəti həyata keçirilə bilərdi. Lakin bu planlar baş tutmadı. Gürcüstan xalqının iradəsinə əsaslanan seçkilər bir daha təsdiqlədi ki, qonşu ölkə öz milli maraqlarını qorumağa davam edir. Qərb seçkilərdə pozuntu və qüsur aşkar edə bilməyib. Hətta müşahidə aparan ATƏT də ciddi nöqsan tapmayıb. Amma bununla belə, Qərb dövlətləri Gürcüstana qarşı açıq şəkildə təhdid və təzyiqə başlayıblar. ABŞ Dövlət katibi Antoni Blinken və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel seçkilərdəki “pozuntuları araşdırmağa” çağırıblar. Böyük Britaniya XİN-i də “seçkilərdəki mümkün pozuntuları araşdırmağa” çağırıb. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə daha da uzağa gedərək bildirir ki, Gürcüstan öz siyasi kursunu dəyişməsə, ölkəni ciddi nəticələr gözləyir. Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad Gürcüstandakı seçki prosesində “seçicilərə qarşı təzyiq, hədə-qorxu və təhdidlər” olduğunu iddia edir. Kanada seçkilərin nəticələrinə görə Gürcüstan rəhbərliyi ilə münasibətlərinə yenidən baxmaq niyyətindədir. Heç bir fakt olmadığı halda, başda ABŞ olmaqla Qərb və Birləşmiş Ştatların proksiləri sayılan Estoniya, Litva, Latviya kimi ölkələr xalqın seçiminə kölgə salmaq üçün Gürcüstana qarşı faktiki olaraq hibrid müharibəyə başlayıblar. Əslində, Qərb bununla növbəti dəfə özünü ifşa edir. Gürcüstanın daxili işlərinə müdaxilə cəhdləri bir daha təsdiqləyir ki, Qərb üçün demokratiya öz maraqlarını reallaşdırmaq üçün vasitədir.

V.Rəhimzadə bildirib ki, bu gün Gürcüstan-Azərbaycan əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Daim regionda sülhün, təhlükəsizliyin, dayanıqlı inkişafın təmin edilməsində maraqlı olan Azərbaycan bunun üçün üzərinə düşən öhdəliyi yüksək səviyyədə yerinə yetirir. Azərbaycanın birmənalı dəstəyi, Gürcüstanda yaşayan azərbaycanlıların seçki prosesində nümayiş etdirdiyi yüksək fəallıq da bunun bariz nümunəsidir.

Diqqətə çatdırılıb ki, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə siyasi iradəsi əsasında reallığa çevrilən qlobal layihələr regional əməkdaşlığın möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri, iqtisadi əhəmiyyətinə görə onlardan geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bu üçlüyün daha da möhkəmlənməsində öz sözünü deyir. Azərbaycan istər Şimal-Cənub, istərsə də Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri ilə Asiyadan Avropaya daşınan yüklərin Gürcüstandan tranzit keçməsində maraqlıdır. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu vasitəsilə Çindən və digər Cənub-Şərqi Asiya ölkələrindən Avropaya və əks istiqamətə nəql olunan yüklər Azərbaycandan keçərək Gürcüstanın Qara dənizdəki limanlarına çatdırılır. Azərbaycanın tranzit imkanları əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Bu imkanlar həm ölkəmizə iqtisadi, həm də siyasi dividendlər qazandırır. Ermənistan qeyri-konstruktiv siyasəti ilə bu layihələrdən kənarda qalır. Müstəqilliyi formal xarakter daşıyan bir ölkənin bu və ya digər dövlətin əlində oyuncağa çevrilməsi qaçılmazdır.

“Seçkilərdən sonra Gürcüstanda kütləvi aksiyaların keçirilməsi öncədən hazırlanan planın əsas tərkib hissələrindən biridir. Qərb tərəfindən maliyyələşən qeyri-hökumət təşkilatları, müxalif partiyalar bu gün açıq-aşkar ölkədə qarşıdurma yaratmağa, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Bu fikir beynəlxalq ekspertlər tərəfindən də etiraf edilir ki, Gürcüstan müxalifəti seçkilərin nəticələrini tanımadığını bəyan etsə də bunu əsaslandıra bilmir. Seçkilərin nəticələri bir daha aydın şəkildə göstərdi ki, Qərb region dövlətlərinin daxili işlərinə müdaxilə etməyə çalışsa da bunun mümkünsüzlüyünün şahidinə çevrildi. Siyasətində müstəqil olan dövlətlər daim milli maraqlarını, xalqın iradəsini öndə saxlayır. Azərbaycan və Gürcüstan müstəqil siyasətləri ilə bölgədə vəziyyətin gərginləşdirilməsinə yönələn addımların qarşısını hər zaman qətiyyətlə alır və şübhəsiz, bundan sonra da belə olacaq”, - deyə o əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər

Xəzərin iki sahilindən formalaşan yeni siyasi xətt: Azərbaycan və Mərkəzi Asiya

Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı baş tutub

Azərbaycanlı professor “Çingiz Aytmatov” medalına layiq görülüb