Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Son altı ay ərzində Azərbaycanda bütün sahələrdə müsbət inkişaf tendensiyası qeydə alınıb

Deputat: Son altı ay ərzində Azərbaycanda bütün sahələrdə müsbət inkişaf tendensiyası qeydə alınıb

Bakı, 18 iyul, AZƏRTAC

Dünyada yaşanan geosiyasi proseslər və qlobal iqtisadi gərginliyə rəğmən, son altı ay ərzində Azərbaycanda bütün sahələrdə müsbət inkişaf tendensiya qeydə alınıb. Belə ki, cari ilin ilk altı ayının nəticələri deməyə əsas verir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr icra edilir. Prezident İlham Əliyev iyulun 15-də altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı görülmüş işlər, əldə olunan nəticələr haqqında geniş məlumat verdi, həmçinin qarşıda dayanan vəzifələri müəyyənləşdirdi. Ölkəmizin başçısının həyata keçirdiyi düşünülmüş daxili və xarici siyasət nəticəsində uğurla inkişaf edən Azərbaycan bu gün yüksək beynəlxalq nüfuz sahibinə çevrilib. Azərbaycanın beynəlxalq arenada oynadığı rol, göstərdiyi həmrəylik və ehtiyac içində olan ölkələr üçün verilən humanitar, maliyyə dəstəyi, xüsusilə COVID-lə bağlı 80-dən çox ölkəyə göstərilən dəstək ölkəmizin beynəlxalq nüfuzunu böyük dərəcədə artırıb. Bundan əlavə, ölkəmizin beynəlxalq təşkilat və təsisatlarda əsas ölkələrdən biri olaraq çıxış etməsi bu deyilənlərə bariz nümunədir. Bu sırada Qoşulmama Hərəkatındakı uğurlar xüsusi olaraq qeyd olunmalıdır. Azərbaycanın sədrlik müddətinin 2023-cü ilə qədər uzadılması onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanıb və ölkəmizə olan inam bu illər ərzində daha da artıb. Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafına böyük töhfə vermiş ölkədir. Önəmli addımlardan biri də Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması və Parlament Şəbəkəsinin Bakı konfransının təşkil edilməsi oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov bildirib.

“Dövlətimizin başçısı ölkəmizin Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı, eyni zamanda qonşu ölkələrlə olan münasibətləri haqqında da məlumat verərək əməkdaşlıqların yüksək səviyyədə olduğunu qeyd etdi. Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində hər zaman fəallıq göstərir və Türk dövlətləri ilə əlaqələrin inkişafı ölkəmiz üçün prioritet məsələlərdən biridir. Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı geniş müzakirələr aparıldığını bildirən Prezident İlham Əliyev yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənədin - enerji təhlükəsizliyi ilə bağlı sənədin imzalanacağını və bununla da əməkdaşlığın daha yüksək səviyyəyə yüksələcəyini bildirdi.

Son dövrlər ərzində Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində də önəmli addımlar atılmış, yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil edilib. ABŞ-ın Prezidenti Co Baydenin Azərbaycan Prezidentinə iki dəfə - həm Müstəqillik Günü ilə bağlı, həm də Bakı Enerji Həftəsinin açılışı ilə bağlı məktub göndərib. Bu, Amerika-Azərbaycan əlaqələrin böyük tarixə malik olmasından, həmçinin əlaqələrin gözəl gələcəyindən xəbər verir.

Müşavirədə Prezident İlham Əliyev Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması məsələsinə diqqət çəkərək cari ilin altı ayında bu istiqamətdə müəyyən addımların atıldığını, lakin hələlik real nəticələrin olmadığını diqqətə çatdırdı. 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır. Bununla da Ermənistan müharibədə məğlub edilmiş tərəf kimi öz üzərinə öhdəliklər götürüb. Sənədə əsasən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqə qurulmalı idi, ancaq bu günə qədər bu imkan yaradılmayıb. Hətta Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması da yoxdur. Texniki-iqtisadi əsaslandırma olmadan heç bir layihə icra edilə bilməz”, - deyə C.Osmanov qeyd edib.

Deputat bildirib ki, Prezident İlham Əliyev öz çıxışında Ermənistana bir sıra ciddi xəbərdarlıqlar da etdi. Son vaxtlar Ermənistan rəhbərinin yenə də hansısa status haqqında danışmağa başlamasının bu ölkə üçün çox təhlükəli məsələ olduğunu bəyan edən ölkə başçısı artıq Minsk qrupuna da ehtiyac olmadığını vurğuladı. Müşavirədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin toxunduğu mühüm məsələlərdən biri də hərbçilərin sosial müdafiəsi və müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemlərinin daim diqqət mərkəzində saxlanılması istiqamətində həyata keçirilmiş tədbirlər oldu. Ümumiyyətlə, hərbçilərin sosial müdafiəsi məsələləri ölkəmizdə yüksək səviyyədə təmin edilir. Qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Bütün hərbi şəhərciklər əsaslı şəkildə təmir edilir. O cümlədən azad edilmiş torpaqlarda hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, bir sözlə, lazımi infrastruktur yaradılır. Müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri də daim diqqət mərkəzindədir. Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir - dördüncü nəsil protezlərlə təmin olunublar. Ölkəmizin başçısı çıxışında bir daha bildirdi ki, öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdırlar. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdırlar.

“Dövlətimizin şəhid ailələri və müharibə əlillərinə olan diqqət-qayğısı hərtərəfli, eyni zamanda davamlıdır. Belə ki, müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verilib. Yaxın müddətdə Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min, bu il isə 1500 mənzil və fərdi ev verilib. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Bundan əlavə, reabilitasiya mərkəzləri yaradılmış və həmin mərkəzlər ən müasir texnologiyalarla təchiz edilib. Müharibə əlilləri, veteranlar, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür. Bütün bu işlərlə bərabər Azərbaycan dövləti Qarabağı və Zəngəzuru yenidən qurur. Özü də heç bir yerdən, heç kimdən yardım almadan bu işlər həyata keçirilir, şəhərlər, kəndlər yenidən qurulur. Dövlətimizin həyata keçirdiyi bu misilsiz işlər isə iqtisadi müstəqilliyinin nəticəsidir. İnkişaf üçün iqtisadi müstəqillik əsas amillərdən biridir. İqtisadi müstəqillik, həmçinin siyasi müstəqilliyi təmin edir. Müstəqil iqtisadi və siyasi siyasət yürüdən Azərbaycanın iradəsinə bu gün heç kim təsir edə bilməz, heç kim ölkəmizə heç nəyi diktə edə bilməz. Həyata keçirilən düşünülmüş siyasət ölkəmizin iqtisadi imkanlarını da davamlı olaraq artırır. Son altı ayda ölkə iqtisadiyyatı 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Nəticədə əhalinin gəlirlərində təxminən 20 faiz artım qeydə alınıb”, - deyə deputat qeyd edib.

Müşavirədə dövlətimizin başçısının ölkəmizin artan enerji və tranzit imkanlarından, həmçinin ölkənin ərzaq təhlükəsizliyindən də bəhs etdiyini də diqqətə çatdıran Cavid Osmanov bildirib ki, Prezident İlham Əliyev ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində taxıl istehsalının artırılacağını bildirdi. Bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər əkiləcək ki, bu da ölkəmizin ərzaq təhlükəsizliyini gücləndirəcəkdir.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin Azərbaycandakı səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO