D.GİMATOVANIN VƏ A.QURBANOVANIN KLUBLARI İTALİYA ÇEMPİONATININ LİDERLƏRİDİR
Azərbaycan Gimnastika Fedarasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hesabat turunda Gimatova yenidən lentlə çıxış edərək, həm komandada, həm də rəqiblər arasında ən yüksək - 14,65 bal qazanmışdır. ”San-Corcio-79”-un ümumi yekunu 66,375 bal və xallar üzrə ehtiyatı 42 bənddir. Bu, “A2” seriyasında lider olmuş “Flaminio” klubunun göstəricilərindən bir xal azdır.
A.Qurbanova isə iplə hərəkətlərdən sonra 15,325 bal toplamışdır ki, bu da komanda üzrə rəfiqələr arasında ən yüksək göstəricidir. Cəmi 70,925 bal qazanan “Ardor”un hesabında artıq 44 xal var. “A1” seriyasında 50 xalla “Avrora” inamla irəliləyir.
Martda olacaq final ərəfəsində sonuncu, üçüncü tur fevralın 25-də Biellada şəhərində keçiriləcəkdir.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən onu da bildirmişlər ki, Avropa çempionatına hazırlıq çərçivəsində 15 yaşlı Zeynəb Cavadlı və Nigar Mirzəyeva (1992-ci il təvəllüdlü) Moskvada keçirilən təlim-məşq toplantısındadırlar. Olimpiya Hazırlıq Mərkəzində Rusiya məşqçilərinin rəhbərliyi ilə keçirilən təlim zamanı onlar indiki qaydalara cavab verən tamamilə yeni hərəkətləri öyrənəcəklər.