“DH Volley”in baş məşqçisi: Ümid edirəm ki, finala uyğun oyun keçirib, qalib gələcəyik
Bakı, 17 aprel, AZƏRTAC
Mövsümün əvvəlindən rəhbərlik tərəfindən qarşıya qoyulan hədəf çempionluqdur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçuların Yüksək Liqasının finalında “Turan”la qarşılaşacaq “DH Volley” komandasının baş məşqçisi Fərid Cəlalov deyib.
Mütəxəssis əhvali-ruhiyyəsi yüksək olan tərəfin qızıl medallara sahib çıxacağını söyləyib.
“Ümid edirəm ki, finala uyğun oyun keçirib, qalib gələcəyik. Rəqibin də heyətində tanıdığım keyfiyyətli oyunçular var. Mövsüm boyu finala yüksəlməyi düşünürdük. Növbəti sezon haqqında indidən danışmaq tezdir. Finaldakı nəticədən çox şey asılı olacaq. Mən özüm də klubla yeni müqavilə barədə danışıqlar aparmamışam”, - deyə Fərid Cəlalov vurğulayıb.
Qeyd edək ki, final qarşılaşması aprelin 19-u saat 16:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]