Didye Deşam dünya çempionatları tarixində ən çox qələbə qazanan baş məşqçi olub
Bakı, 1 iyul, AZƏRTAC
Futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatları tarixində yeni rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, 57 yaşlı mütəxəssis mundialların final mərhələlərində qazandığı qələbələrin sayını 17-yə çatdıraraq bu göstəricidə bütün həmkarlarını geridə qoyub.
Bu göstərici Fransa yığmasının DÇ-2026-nın 1/16 final mərhələsində İsveçi 3:0 hesabı ilə məğlub etməsindən sonra qeydə alınıb. Deşam bununla 1956-1978-ci illərdə Almaniya millisini çalışdırmış Helmut Şenin (16 qələbə) rekordunu yeniləyib.
Fransalı mütəxəssis bu rekordu qrup mərhələsinin Norveçlə oyununda (4:1) da yeniləyə bilərdi. Lakin anasının vəfatı səbəbindən həmin görüşdə texniki zonada yer almayıb.
Qeyd edək ki, Didye Deşam 2012-ci ildən Fransa millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının, həmçinin 2020/2021-ci illər mövsümündə UEFA Millətlər Liqasının qalibi olub.
Fransızlar iyulun 5-də dünya çempionatının 1/8 final mərhələsində Paraqvay yığması ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]