DİM-də kimya fənnindən sınaq imtahanları üçün variantlar formalaşdırılıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Oktyabrın 10-da Dövlət İmtahan Mərkəzində (DİM) kimya fənni üzrə işçi qrupunun iclası keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iclasda qəbul imtahanı modelinə uyğun I və IV ixtisas qrupları üzrə sınaq imtahanları üçün kimya fənnindən hazırlanmış tapşırıqlar müzakirə olunub. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticəsinə, istifadədə olan dərsliklərə uyğunluq baxımından müzakirə edilib. Qeyd olunan məsələlərlə bağlı iştirakçılar öz fikirlərini bildirib və təkliflər veriblər.
Müzakirə nəticəsində I və IV ixtisas qrupları üzrə kimya fənnindən qəbul imtahanı modelinə uyğun sınaq imtahanları üçün variantlar formalaşdırılıb.
İşçi qrupunun növbəti iclası oktyabrın 17-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]