DİM sentyabrın 10-da keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib
Bakı, 11 sentyabr, AZƏRTAC
Sentyabrın 10-da keçirilmiş 9-cu sinif buraxılış imtahanları və 9-11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili imtahanlarının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, iştirakçılar imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə müvafiq olaraq aşağıdakı linklərdə tanış ola bilərlər:
- 9-cu sinif buraxılış imtahanı;
İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Qeyd edək ki, 9-cu sinif buraxılış imtahanlarında 18 min 307 nəfərin iştirakı nəzərdə tutulurdu. Onlardan 1602 nəfər imtahana gəlməyib, 5 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Azərbaycan dili imtahanlarında isə 769 nəfərin iştirakı nəzərdə tutulurdu. Onlardan 276 nəfər imtahana gəlməyib.
11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:48]
BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü
- 01.10.2026 [16:36]
BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir
- 01.10.2026 [16:17]
BDU tələbələri kibertəhlükəsizlik haqqında məlumatlandırılıb
- 01.10.2026 [16:13]
Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb
- 01.10.2026 [16:10]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid
- 01.10.2026 [15:45]