DİN: Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 19-da ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 177, o cümlədən borclu şəxs qismində axtarışda olan 151 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [13:47]
Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək
- 05.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [11:51]