DİN: Son iki gün ərzində yol-nəqliyyat hadisələrində 11 nəfər ölüb
Bakı, 24 iyul, AZƏRTAC
İyulun 22-23-də ölkə ərazisində qeydə alınan 87, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 54, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 59, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:38]
Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid
- 29.09.2026 [14:34]
Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər
- 29.09.2026 [14:12]
® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]