Dini konfessiyaların rəhbərləri və din xadimləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər
Bakı, 20 yanvar, AZƏRTAC
Bu gün 20 Yanvar faciəsinin 36-cı ildönümüdür.
AZƏRTAC xəbər verir ki, yanvarın 20-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və din xadimləri Şəhidlər xiyabanında faciə qurbanlarının xatirəsini yad ediblər.
Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda mübarizədə canlarından keçən şəhidlərin məzarları ziyarət olunub, tər çiçəklər düzülüb, dualar oxunub.