“DİPLOMATİYA VƏ HÜQUQ” JURNALININ XÜSUSİ BURAXILIŞININ TƏQDİMATI KEÇİRİLMİŞDİR
Tədbirdə çıxış edən Avratlantika Mərkəzinin direktoru Samir Qurbanov Avrasiya Hüquqşünaslar Assosiasiyası tərəfindən nəşr olunan xüsusi buraxılışın Azərbaycan-NATO münasibətlərinin ictimaiyyətin diqqətinə çatdırılmasında mühüm rol oynadığını qeyd etmişdir.
Baş redaktor Nadir Adilov jurnal barədə məlumat verərək bildirmişdir ki, xüsusi buraxılışda ön sözun müəllifi Xarici İşlər Nazirinin müavini Araz Əzimovdur. Jurnalın hazırlanması zamanı NATO-nun və Xarici İşlər Nazirliyinin internet səhifələrinin imkanlarından geniş istifadə edilmişdir.
Vurğulanmışdır ki, jurnal 500 nüsxə tirajla nəşr olunmuşdur.