SİYASƏT
Dmitri Kobitski: Azərbaycan Mərkəzi Seçki Komissiyası böyük işlər görüb
![](/files/galleryphoto/2020/1/1200x630/w_1615811617051924140770_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/w_1615811617056230262559_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/w_1615811617053947156629_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/w_1615811617051127655578_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/w_161581161705693510058_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/w_1615811617054046548037_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/w_1615811617051308217680_1200x630.jpg)
Bakı, 8 fevral, AZƏRTAC
Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan MDB ölkələri Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidə missiyasının üzvləri fevralın 8-də Bakıda İkinci Dünya müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış “1941-1945-ci illər” abidəsinin önünə əklil qoyublar. Onlar qəhrəmanların və müharibədə həlak olanların xatirəsini yad ediblər.
Sonra qonaqlar Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin abidəsinin önün gül dəstələri qoyublar.
MDB ölkələri Parlamentlərarası Assambleyası Şurasının baş katibi Dmitri Kobitski jurnalistlərə müsahibəsində bildirib ki, onun rəhbərlik etdiyi təşkilat artıq 20 ildən çox, yəni yarandığı gündən bəri MDB-yə üzv dövlətlərin hamısında seçkilərin monitorinqi ilə məşğul olur. “Bu il biz öz işimizə Azərbaycanda keçiriləcək seçkilərdən başlamışıq. Mən seçkilərə hazırlıq prosesi ilə bağlı məmnunluğumu ifadə etmək istəyirəm, hər şey ən yüksək səviyyədə təşkil olunub. Azərbaycan Mərkəzi Seçki Komissiyası böyük işlər görüb və əlindən gələni edib ki, seçkilər bütün qaydalara və tələblərə uyğun keçsin. Nümayəndə heyətimizin üzvləri seçki məntəqələrində olacaq və bundan sonra yekun hesabatı hazırlanacaq”, -deyə o qeyd edib.
Sonra MDB ölkələri Parlamentlərarası Assambleyası müşahidəçilər qrupunun əlaqələndiricisi Sadık Safayev jurnalistlərə deyib ki, Azərbaycana gələn heyət onun üzərinə düşən bütün məsuliyyəti dərk edir. O əlavə edib: “Bu, ölkənin siyasi həyatında mühüm hadisədir. Bu seçkilərə əhalinin böyük marağı müşahidə olunur. Əminəm ki, yeni parlament Azərbaycan dövlətçiliyinin inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaq”.