Azərbaycan Dövlət İnformasiya Agentliyi

Doğma evə aparan otuzillik yol

Doğma evə aparan otuzillik yol

Bakı, 12 sentyabr, Tatyana İvanayeva, AZƏRTAC

Azərbaycanlı rəssam Yusif Mirzə Laçın sakinidir. Bu diyarın gözəlliyi və füsunkarlığı onun müəllifi olduğu rəsmlərdə öz əksini tapıb. Rəssam doğma Laçın rayonunda məktəb müəllimi, sonra isə teatr rəssamı kimi çalışıb. Onun ustadı görkəmli fırça ustası, Azərbaycanın Xalq rəssamı Nadir Əbdürrəhmanov olub.

Rəssamın əsərlərinin əsas mövzusu doğma yerlərlə bağlıdır. Laçının işğal altında olduğu dövrdə bu mövzu özünü daha parlaq şəkildə göstərib. Rəssamın sonrakı “Bakı yaradıcılığı dövründə” yaratdığı həmin əsərlər Azərbaycanda və xarici ölkələrdə muzeylərdə, şəxsi kolleksiyalarda yer alıb. O, həmçinin Ukraynadakı Azərbaycan diasporunun təşəbbüsü ilə Laçının azad olunması şərəfinə təsis olunmuş döş nişanının dizaynının müəllifidir. Rəssam 44 günlük Vətən müharibəsi zamanı bu dizaynın üzərində işləyib.

Bu insanın onilliklər ərzində hər gün hansı hisslər keçirdiyini təsəvvür etmək çətindir. Bu gün məcburi köçkün statusu tədricən tarix qovuşur və doğma evinə qayıdan hər bir insanın özünəməxsus uzun sürən qayıdış yolu var...

Yusif Mirzə deyir: “Bu il avqustun 26-da baş verən hadisələri sözlə ifadə etmək çətindir. Bundan bir gün əvvəl biz Laçına yollandıq və yolda başa düşdüm ki, Zəfər yolu ilə gedəcəyik. Mənim üçün bu gün erməni işğalından azad edilmiş şəhər və kəndləri birləşdirən yollar torpağın həyat enerjisinin arteriyalarıdır.

Ali Baş Komandan Laçının azad olunduğunu elan edərkən, mən göz yaşlarımdan utanmayaraq ağladım. Əlbəttə, mən Laçın Günü münasibətilə təşkil olunan sərgidə iştirak etməyə dəvəti dərhal qəbul etdim. Prezidentin Sərəncamı ilə təsis edilmiş həmin əlamətdar gün - Laçının azad edildiyi tarix həmişəlik olaraq mənim doğma şəhərimin adı ilə bağlıdır! Laçın Günü sərgisi çox əhatəli idi və bizim bir çox rəssam və heykəltaraşları birləşdirirdi. Onun adı da simvolikdir - “Laçın mənzərələri”. Bu mövzu çox əhatəlidir və onun çərçivəsində əsər seçmək mənim üçün çətin idi.

-Həmin gün dövlətin birinci şəxsləri sərgi pavilyonuna gəldilər.

-Avqustun 26-sı mənim üçün çox əlamətdar idi, Azərbaycan xalqına özünün yenilməz gücünə və suverenliyinə böyük inam hədiyyə edən insanla görüşmək şərəfinə nail oldum.

Həmin gün mənim arzum yerinə yetdi və doğma Laçınımın azad edilməsinə, Azərbaycan torpağının dəhşətli dağıntılardan sonra dirçəlməsinə, aparılan irimiqyaslı quruculuq işlərinə, şəhərlərin yenidən bərpa olunmasına, torpağın isə öldürücü “müharibə toxumlarından” qurtulmasına görə Prezidentə təşəkkür edə bildim.

Amma bu fikirlər sonradan gəldi, həmin dəqiqələrdə isə mən xalqı öz arxasınca aparan, bizim onilliklər ərzində bəslədiyimiz ümidləri yerinə yetirən insanın gözlərinə baxırdım. Mən çox xoş, xeyirxah və ünsiyyətə açıq bir insanla tanış oldum. Həmçinin, haqlı olaraq birinci xanımlar arasında ən gözəli adlanan Birinci xanımı da görmək mənə nəsib oldu. Həmin əlamətdar gündə yüksək səviyyəli qonaqların diqqətini daha çox çəkən başqa heç kim yox idi.

-Laçın Günü sizin yaddaşınızda hansı özəllikləri ilə qaldı?

-Yüksək vəzifəli qonaqların iştirak etdiyi mühüm dövlət tədbiri kimi. Tədbirlərdə, həmçinin Azərbaycanın mədəniyyət naziri, Heydər Əliyev Fondunun nümayəndələri, digər rəsmi şəxslər iştirak edirdilər. Bayram tədbirinin proqramı zəngin idi, elə təəssürat yaranırdı ki, kiçik şəhərin ərazisində mədəniyyətimizin bütün zənginlikləri təmsil olunur.

Orada çoxlu sayda KİV nümayəndələri də vardı. İngilis dilini bildiyim üçün ispan jurnalistləri ilə danışırdım və onlara xalçalarımız haqqında məlumat verirdim. Həmin jurnalistlərdən biri bu yaxınlarda erməni xalçası adı ilə aldığı xalının fotoşəklini göstərdi. Lakin qonağa izah etdim ki, qonşularımızın xalçaçılıq mədəniyyəti yalnız onların müsəlman xalqlarının arasında peyda olduğu vaxtlardan yaranıb. Ermənilər Azərbaycan xalçaçılarının ustalığını və ənənələrini əxz etməyə başlayıblar. Əlbəttə, İran, əfqan, Türkiyə xalçaları da var. Amma zənnimcə, Azərbaycan xalçaları hamısından gözəldir!

-Ancaq bu sizin Laçına ilk səfəriniz deyildi.

-Birinci səfərim bu ilin iyulunda olub və həmişəlik yaddaşıma həkk olunub. Doğma küçə ilə ilk addımlarımı atarkən düşündüm: “Mən evimdəyəm!” Laçın gözəl diyardır... Mənim üçün cənnət guşəsidir.

Mənim üçün çox doğma olan məkanlara baxdım və gözlərimin önündə uşaqlıq illərim canlandı. Aydındır ki, 30 il bundan əvvəlki Laçın ilə bugünkü şəhər arasında böyük fərqlər var. İki il ərzində demək olar ki, yenidən inşa edilən şəhər yeni simasına qovuşub, amma onun küçələri yalnız Laçına məxsus olan xüsusi “ətrini” qoruyub saxlayıb. Şəhər həmişəki kimi uca dağlarla əhatə olunub və onun təmiz havası ilə nəfəs almaq böyük xoşbəxtlikdir!

Birinci səfərim üç gün çəkdi. Onun ilk günü, adətim üzrə, sübh tezdən oyandım və hiss etdim ki, əlimə karandaş götürmək istəyirəm. Açıq sahəyə çıxdım, tanış gələn bir binaya baxdım, sonra anladım ki, bu, mənim bacımın evidir. Bu gün orada bacımın oğlu yaşayır. Ona zəng vurdum və həyətə çıxaraq mənə tərəf baxmasını xahiş etdim. Bax, görüşümüz belə alındı!

-Bəs sizin uşaqlıq illərinizin küçəsi...

-Həmin küçə qalıb, həm də bütün binaları yerindədir. Amma atamın doğulduğu kənd təkcə mənim tablolarımda qalır. Bu gün onun yerində xarabalıq var...

Qonşulara münasibətdə bu əməllərin törədilməsi ağlasığmazdır! Bu cür dağıtmaq həvəsi onlarda haradandır? Mən doğulduğum Sadınlar kəndinə gedə bilmirəm və bu, çox kədərlidir. Həmin kənd dağıdılıb və oraya yol yoxdur... Əsərlərimdən birində mən Qızılca kəndinin mənzərəsini yaratmışam. Vaxtilə onu naturadan, öz evimin pəncərəsindən baxaraq çəkirdim. Bu kənd də tamamilə dağıdılıb, ancaq təbiət çiçək açan akasiyaları ilə onu qayğıkeş şəkildə örtüb.

Bütün bu kədərli məqamlara baxmayaraq, hər şeyin yaxşı istiqamətdə və sürətlə dəyişdiyini qeyd etməmək olmaz. Məsələn, cənab Prezidentin bu yaxınlarda açılışını etdiyi Zabux qəsəbəsi dağıdıcı ambisiyaları özlərinə ziyan gətirən bədnam qonşularımıza sanki bir dərsdir.

-Sizin məxsusi palitranız Laçının azad olunması xəbərləri ilə dəyişibmi?

-Birmənalı olaraq! İşğal illərində mənim üçün ağır idi. Amma iş prosesi, xüsusən uşaqlara təsviri incəsənəti tədris etməyim bunun öhdəsindən gəlməyə kömək edirdi. Heykəltaraşlıqla məşğul olurdum, qrafika üzrə işləyirdim. Öz tablolarımda doğma yerlərə qayıdırdım və 2020-ci ilin dekabrında gələn həmin xoş xəbəri gözləyirdim... O vaxt mən artıq bilirdim ki, bu hadisəni öz tablolarımda, fərdi sərgimdə əks etdirəcəyəm!

Tezliklə doğma diyarı görəcəyəmi düşünəndə, özümdə yaradıcılıq enerjisi hiss edirdim. 2021-ci ilin dekabrında Muzey Mərkəzində “Can Laçın” ekspozisiyasına daxil edilən səksən əsər mənim ilk addımlarımı atdığım və güc aldığım öz doğma torpağıma sevgimin etirafı oldu.

-Laçına aparan yolda ilk addımınızı atdıqda nə barədə düşünürdünüz?

-Bu, çox emosional məqam idi. İndi də göz yaşlarımı saxlaya bilmirəm... Dünyasını dəyişmiş anamı və atamı, bacılarımı, qohumlarımı və dostlarımı xəyalımda canlandırdım. Onlar artıq heç vaxt bu yol ilə addımlaya bilməyəcək.

Ancaq həyat davam edir. Yenidən tikilən şəhər, onun ruhunu yüksəldən gənclər buna sübutdur, axı Laçına artıq xeyli insan köçüb.

-Onlara baxdıqda siz nə düşünürsünüz, bu gün Laçında yaşayan kimlərdir?

-Hər kəs laçınlı olması ilə qürur duyur və özünü onun tarixi, mədəniyyəti, ənənələrinin daşıyıcısı hesab edir. Dostumla çay içmək üçün yer axtardıqda, yaxınlıqda isə heç bir kafe və restoranın olmadığını gördükdə mən bir daha buna əmin oldum. Biz yaxınlıqdakı evinin önündə dayandığımız yerli sakinə müraciət etdik. Məlum oldu ki, o, iki gün əvvəl Laçına qayıdıb və böyük sevinclə bizi evinə qonaq dəvət etdi!

Bəli, Laçının ruhunu onun sakinləri yaşadır. Eyn zamanda, Laçın Azərbaycanın Qərb qapısıdır. Ermənistan tərəfinə baxdıqda anlayırsan ki, coğrafiyanı dəyişə bilməzsən və insanlar özləri seçim etməlidir. Bizə yad olan heç nə lazım deyil, lakin özümüzə məxsus olanı da kimsəyə vermərik. Mən itirməyin, qorumağın, döyüşərək geri almağın nə olduğunu bilən bir rəssamam. Ən yaxşı silahım isə fırçam, rənglərim və kətanımdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Brüsseldə Azərbaycanın turizm imkanları beynəlxalq auditoriyaya təqdim edilib

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO