Donald Tramp: Putin və Zelenski ABŞ-ın iştirakı olmadan danışa bilmirlər
Bakı, 15 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın fikrincə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında danışıqlar ABŞ-ın iştirakı olmadan mümkünsüzdür.
AZƏRTAC xəbər verir ki, Donald Tramp bu barədə Ağ Evdə jurnalistlərlə görüşündə deyib.
“Ukrayna və Rusiya liderləri bir-birinə o qədər nifrət edirlər ki, Vaşinqtonun vasitəçiliyi olmadan danışa bilmirlər”, – deyə Birləşmiş Ştatların dövlət başçısı bildirib.
O, həmçinin ABŞ-ın iştirakı ilə üçtərəfli görüşün yaxın zamanda baş tutacağını istisna etməyib.
“Biz bu məsələni bir şəkildə həll edəcəyik, özü də nisbətən yaxın zamanda”, – deyə Ağ Evin rəhbəri vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]
Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]