İQTİSADİYYAT
DONANMANIN GƏMİLƏRİ MODERNLƏŞDİRİLİR
Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, “Xəzərdənizneftdonanma” idarəsinə məxsus iri tutumlu barjlar, üzən kranlar, yüksəksürətli katerlər, sərnişin teploxodları mütəmadi olaraq yoxlanılır, təmir olunur və modernləşdirilir.
Gəmi təmiri zavodunda bu il “Sabit Orucov” sərnişin teploxodu, “Şirvan-3” üzən kranı, “Əkrəm Xalıqov” yedək gəmisi, “Alı Mustafayev” mayedaşıyan tankeri, həmçinin Xəzərdə yeganə olan “Samir Quliyev” kabeldüzən gəmisi və başqa bir çox gəmilər yüksək səviyyədə təmir edilmişdir.
Donanmanın texniki potensialını artırmaq məqsədi ilə yaxın illərdə 10 gəminin tikilməsi nəzərdə tutulmuşdur. Hazırda bununla bağlı hazırlıq işləri görülür.