DÖVLƏT ƏMLAKININ İDARƏ EDİLMƏSİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİYENİ SƏNƏD LAYİHƏLƏRİ HAZIRLAMIŞDIR
Belə ki, komitə tərəfindən dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının, özəlləşdirilən və idarəetməyə verilən müəsisələrdə investisiya qoyuluşları üzərində nəzarətin həyata keçirilməsi qaydaları, dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası qaydaları, səhmdar cəmiyyətlərində dövlətə məxsus səhmlərin idarəetməyə verilməsi üzrə müsabiqələrin keçirilməsi qaydaları haqqında əsasnamə layihələri hazırlanmışdır. Hazırlanmış normativ-hüquqi aktların layihələri razılaşdırılmaq üçün Nazirlər Kabinetinə və müvafiq nazirliklərə təqdim edilmişdir.
Bu sənədlər, əsasən dövlət əmlakının səmərəli idarə edilməsi və bu sahədə həyata keçiriləcək işlərin əlaqələndirilməsi, dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası tədbirlərinin genişləndirilməsi, dövlət müəssisələrinin fəaliyyətinin dəstəklənməsi və dirçəldilməsini nəzərdə tutur. Eyni zamanda özəlləşdirilmiş müəssisələrdə investisiya qoyuluşları üzərində nəzarətin həyata keçirilməsi nəticəsində müəsisələrə investisiya qoyuluşlarının artırılması, istehsal sahələrinin yenidən qurulması, ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən müəssisələrin inkişaf etdirilməsi və iş yerlərinin açılması yolu ilə əhalinin məşğulluğunun daha da artırılmasına zəmin yaradacaqdır.
Bundan əlavə, normativ-hüquqi aktlarda dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, dövlət müəssisələrinin, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət müəlkiyyətində olan torpaq sahələrinin icarəyə və istifadəyə verilməsi, həmin torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılması, onların təyinatının dəyişdirilməsi hallarının qarşısının alınması ilə bağlı müddəalar da əksini tapmışdır.