Dövlət katibinin köməkçisi: Amerikanın uğurla davam edən COP29-a dəstəyini vurğulamaqdan məmnunluq duyuram
Bakı, 15 noyabr, AZƏRTAC
Burada nazir müavini ilə birlikdə olmaqdan və Amerikanın uğurla davam edən COP29-a dəstəyini vurğulamaqdan böyük məmnunluq duyuram. Azərbaycan ABŞ-ın onilliklər ərzində gördüyü bir çox işin və enerji sahəsində çoxsaylı müzakirələrin mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt (Geoffrey Pyatt) COP29 çərçivəsində SOCAR-ın təşkilatçılığı ilə keçirilmiş “İstehsaldan daha çoxu: Enerji keçidi məqsədlərinə nail olmaq üçün infrastrukturun yaradılması” mövzusunda sessiyada deyib.
“Biz enerji keçidi dövründə investisiyalara tələbat olduğunu görürük. Təmiz enerji iqtisadiyyatına investisiya ABŞ-da il ərzində təxminən yarım trilyon dollara yaxındır”, - deyə ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [16:33]