Dövlət Komitəsinin kollektivi Xocalı qurbanlarının xatirəsini anıb
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi faciə qurbanlarının xatirəsinə ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət edib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib, abidə önünə gül dəstələri düzülüb.