Dövlət Komitəsinin sədr müavinləri vətəndaşları qəbul edəcək
Bakı, 13 mart, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Qobustan, sədr müavini Səyavuş Heydərov Beyləqan, sədr mavini Gündüz İsmayılov İmişli rayonunun sakinləri ilə görüşəcəklər.
Sədrin birinci müavini Səyyad Salahlı martın 17-də saat 11:00-da Qobustan rayon Gənclər Mərkəzində (Heydər Əliyev prospekti) vətəndaşları qəbul edəcək. Sədr müavini Səyavuş Heydərov martın 18-də Beyləqan rayon Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 7) saat 11:00-da rayon sakinləri ilə görüşəcək. Sədr müavini Gündüz İsmayılovun vətəndaş qəbulu isə həmin tarixdə İmişli rayon Heydər Əliyev Mərkəzində (20 yanvar küçəsi 2) saat 12:00-da keçiriləcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı qəbula gəlmək istəyən vətəndaşlardan, müvafiq olaraq, Komitənin Şamaxı və İmişli bölgəsi üzrə şöbələrinə müraciət etmələri xahiş edilir.
Telefonlar: Şamaxı bölgəsi üzrə şöbə (020) 265 33 04, (055) 655 57 65, İmişli bölgəsi üzrə şöbə (02124) 6 62 99, (050) 562 72 32, Elektron poçt ünvanları: [email protected] , [email protected] , [email protected] , [email protected]