Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşlarla görüşəcək
Bakı, 24 fevral, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov fevralın 28-də saat 15:00-da Xidmətin aparatında vətəndaş qəbulu keçirəcək.
Bu barədə AZƏRTAC-a Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qəbulda iştirak etmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədlərlə fevralın 27-dək Bakı şəhəri, Atatürk Prospekti, 189 ünvanında yerləşən Bakı şəhər Regional Miqrasiya Baş İdarəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər.
Qəbula yazılanlardan müraciətin səbəbini aydın və ətraflı göstərməklə şəxsiyyət vəsiqəsini (əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu təqdirdə Azərbaycan Respublikası ərazisində olmasını və ya yaşamasını təsdiq edən müvafiq sənədi, xarici pasportunu və ya digər sərhədkeçmə sənədini), nümayəndə müraciət etdikdə isə əlavə olaraq bunu təsdiqləyən rəsmi sənədləri təqdim etmələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:06]
“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub
- 30.09.2026 [16:46]
Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir
- 30.09.2026 [16:39]
Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir
- 30.09.2026 [15:26]