“DÖVLƏT QULLUĞU VƏ İŞĞÜZAR DAVRANIŞ STANDARTLARI” MÖVZUSU MÜZAKİRƏ OLUNMUŞDUR
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) aparatında “Dövlət qulluğu və işgüzar davranış standartları” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinə dair təklıflər müzakirə olunmuşdur.
Ombudsman aparatından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Elmira Süleymanova tədbiri açaraq, müzakirə olunacaq mövzunun aktuallığını vurğulamış, korrupsiyanı insan hüquqlarının pozulmasına şərait yaradan, dövlət idarəçiliyinə ziyan vuran ictimai təhlükəli əməl kimi qiymətləndirmişdir. O, ombudsman aparatının fəaliyyətə başladığı vaxtdan bu məsələyə xüsusi diqqət yetirdiyini bildirmişdir.
Sahibkarlığın və bazar iqtisadiyyatının inkişafına yardım fondunun prezidenti Sabit Bağırov, Müstəqil hüquq mərkəzinin rəhbəri Aydın Kərimov, “Şəffaflıq” Azərbaycan ictimai birliyinin icraçı direktoru Rəna Səfərəliyeva qanun layihəsinə dair fikir və mülahizələrini söyləmiş, daha sonra müzakirələr aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]