Dövlət qulluğu vəzifələri üzrə müsahibədə 281 nəfər uğur qazanıb
Bakı, 19 dekabr, AZƏRTAC
Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
AZƏRTAC DİM-in dekabrın 19-u saat 11:05-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 281 nəfər uğur qazanıb. Onlardan 155-i Təhsil Nazirliyində, 23-ü Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 22-si Dövlət Statistika Komitəsində, 17-si Maliyyə Nazirliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Qeyd edək ki, müsahibədə iştirak üçün 5304 nəfər sənəd verib. Müsahibə 2021-ci il yanvarın 29-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]