“DÖVLƏT QULLUQÇULARININ XİDMƏTİ FƏALİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ” MÖVZUSUNDA TRENİNQ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 15-16-da Azərbaycan Respublikası Prokurorluğunun Tədris Mərkəzində “Azərbaycanın korrupsiyaya qarşı mübarizə strategiyasına dəstək” (AZPAC) layihəsi çərçivəsində “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda treninq keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Avropa Şurası ilə birlikdə təşkil etdiyi treninqdə dövlət orqanlarının kadrlar şöbəsinin əməkdaşları iştirak etmişlər.
Treninqi aparan Avropa Şurasının eksperti Hans Rieger xidməti fəaliyyətin qiymətləndirilməsi sistemi, onun məqsəd və əsasları, metod və prinsipləri, qiymətləndirmə meyarları məsələləri barədə beynəlxalq təcrübədən danışmış, bu təcrübənin Azərbaycanda tətbiqi imkanları ilə bağlı təlim iştirakçıları ilə fikir mübadiləsi aparmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]