Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət qulluqçusunun ən vacib keyfiyyəti məsuliyyət hissidir

Dövlət qulluqçusunun ən vacib keyfiyyəti məsuliyyət hissidir

Bu gün dövlət qulluqçularının peşə bayramıdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunmuş bu peşə bayramı münasibətilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılovun təqdim etdiyi məqaləni AZƏRTAC oxucuların diqqətinə çatdırır.

Azərbaycan Respublikasının ildən-ilə artan uğurları, dünya dövlətləri sırasında onun mövqeyinin getdikcə güclənməsi, həyatın bütün sahələrində yeni-yeni nailiyyətlər qazanması bu gün Azərbaycanın hər bir vətəndaşını, o cümlədən dünyada yaşayan bütün soydaşlarımızı sevindirir, onların qəlbini qürur hissi ilə döyündürür. Dünya azərbaycanlılarının iftixar mənbəyi olan ana Vətənimizin hazırda Birinci Avropa Oyunlarına ev sahibliyi etməsi, bu Oyunların təşkilində və keçirilməsində çox böyük iradə və əzm nümayiş etdirməsi, bütün maneələri cəsarətlə dəf etməsi, Azərbaycan Prezidenti İlham Əliyevin və respublikanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın səyləri ilə Oyunlar üçün lazım olan bütün hazırlıq tədbirlərinin ən yüksək səviyyədə həyata keçirilməsi hətta bu cür tədbirləri dəfələrlə keçirmiş böyük dövlətləri belə heyrətə gətirir.

Bunların hamısı ölkədə yaradılmış demokratik atmosferin, işgüzar şəraitin, bütün səviyyələrdə ciddi nizam-intizamın mövcudluğundan irəli gəlir ki, bu da Azərbaycan Respublikasının sürətli inkişafını və tərəqqisini təmin edən dövlət başçısının səyləri ilə yaradılmışdır və əzmlə qorunub saxlanılır. Doğrudan da, çox qısa bir müddətdə tikilən nəhəng idman obyektləri, aparılan böyük abadlıq işləri öz miqyasına görə inanılmaz görünsə də onlar real həqiqətdir və bu gün ölkəmizə gələn 50-dən çox ölkənin nümayəndələri, tanınmış idman xadimləri və sıravi insanlar bunları görür və etiraf edirlər.

Azərbaycanın dünyada təqdir olunan və bəyənilən bu nailiyyətlərinin qazanılmasında və onların gündən-günə artırılmasında ölkənin dövlət idarəetmə sistemində çalışan insanların, o cümlədən respublikanın 80-ə yaxın dövlət hakimiyyəti orqanının və digər qurumların aparatlarında inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının əməyi də az deyildir.

Hazırda Azərbaycan Respublikasının dövlət qurumlarında 30 min 108 nəfər dövlət qulluqçusu çalışır və onların 28,5 faizi qadınlardır. Dövlət qulluqçularının sayı əvvəlki ilə nisbətən bir qədər artmışdır ki, bu da yeni idarəetmə strukturlarının yaradılması və bəzi qurumların yenidən təşkil olunması ilə bağlıdır. Azərbaycanda dövlət qulluqçularının yaş tərkibi də get-gedə cavanlaşır, daha təcrübəli işçilərlə yanaşı, gənclərə də geniş yer verilir ki, bu da öz müsbət nəticəsini göstərir. Dövlət qulluğunda 30 yaşına qədər olanlar 16,7 faiz, 30-34 yaşda olanlar 14,5 faiz, 35-44 yaşda olanlar 25,8 faiz, 55-62 yaşda olanlar 16,9 faiz, 63-64 yaşda olanlar 2,6 faiz, 65 və yuxarı yaşda olanların sayı isə cəmi 1,2 faiz təşkil edir.

Dövlət qulluqçularının tərkibinin keyfiyyət dəyişikliklərindən danışarkən qeyd etməliyik ki, onların böyük əksəriyyəti, xüsusilə inzibati vəzifələrdə çalışanların hamısı ali təhsillidir və onların bir çoxunun 2-ci və 3-cü ali təhsilləri də vardır. Müsbət hal kimi qeyd etməliyik ki, dövlət qulluqçularının sayında qadınların faizi əvvəlki illərə nisbətən get-gedə artır.

Azərbaycanda dövlət qulluğunun müasir inkişaf tarixinin 2000-ci ilin iyulunda ulu öndər Heydər Əliyevin imzaladığı “Dövlət qulluğu haqqında” Qanunla başladığını desək, yanılmarıq. Ulu öndər Azərbaycan dövlətinin möhkəm bünövrəsinin qurulmasının əsas şərtlərindən biri hesab etdiyi dövlət idarəçilik sisteminin yaradılmasına çox böyük diqqətlə yanaşır, bunu Azərbaycan xalqının gələcəyi üçün çox vacib amillərdən biri hesab edirdi. Heydər Əliyevin Azərbaycanda qurduğu dövlətin idarə olunmasının əsas prinsipləri adını çəkdiyimiz qanunla və bu qanun əsasında qəbul edilmiş digər aktlarla müəyyənləşir.

Ulu öndər dövlət qulluqçularına qarşı son dərəcə tələbkar münasibətilə seçilir və öz fəaliyyəti ilə onlara misilsiz örnək göstərirdi. Onun böyük ənənələri bu gün Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyev məktəbinin yetişdirməsi və onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət qulluğunun əsas istiqamətlərinin müəyyən edilməsi, bu sahədə işin təkmilləşdirilməsi, bu mühüm sferada çalışan insanların hüquq və vəzifələrinin müəyyənləşdirilməsi, onların cəmiyyət qarşısında məsuliyyətinin və cavabdehliyinin artırılması istiqamətində işlər ardıcıl həyata keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə dövlət qulluğunu təkmilləşdirmək və bu sahədə şəffaflığı təmin etmək, mükəmməl və işlək dövlət qulluğu sistemi yaratmaq, ölkənin ən bacarıqlı və ən məsuliyyətli kadrlarını dövlət qulluğunun müxtəlif pillələrində irəli çəkmək, sıravi məmurdan tutmuş ən yüksək vəzifəli məmura qədər bütün dövlət qulluqçularının, hətta ölkə Prezidentinin özünün əsas vəzifəsinin xalqa xidmət etmək olduğunu insanlara təlqin etmək, eyni zamanda, bunu hər bir kəsdən qətiyyətlə tələb etmək gündəlik iş normasına çevrilmişdir.

Ulu öndər Heydər Əliyev kimi tükənməz enerjisi və uzaqgörənliyi ilə seçilən Prezident İlham Əliyev də çox gözəl bilir ki, ümumiyyətlə, bütün dövrlərdə, bütün cəmiyyətlərdə ölkənin inkişafı onu idarə edənlərin təşəbbüskarlığından, bacarığından, qabiliyyətindən, insanlara münasibətindən və vətəndaşlara qayğı göstərməsindən çox asılı olmuşdur. Burada ilk növbədə, ölkənin vətəndaşlarının gündəlik problemlərinin həlli üçün şərait yaradılması, bilavasitə xalqla təmasda olan dövlət məmurlarının öz vəzifə borclarına məsuliyyətlə və vicdanla yanaşmaları, özlərinin cavabdehlik dərəcəsini dərk etmələri böyük rol oynamışdır. Hər kəsə aydındır ki, məsuliyyət hissi olmayan yerdə heç bir real işdən, heç bir real inkişafdan söhbət belə gedə bilməz.

Bu məsələnin mahiyyətinə nəzər saldıqda, dövlət qulluğunda əsas amillərdən biri olan məmur məsuliyyəti üzərində dayanmamaq mümkün deyildir. Çünki dövlət qulluqçusunun məsuliyyət hissi, gördüyü hər bir işə necə yanaşması və tapşırılan hər bir vəzifəni necə yerinə yetirməsi bütövlükdə cəmiyyət və insanlar üçün çox böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il yanvarın 27-də Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda demişdir: “Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar. Kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır. Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar”.

Bu baxımdan ölkə qanunvericiliyində, xüsusilə də “Dövlət qulluğu haqqında” Qanunun özündə Azərbaycan Konstitusiyasının müddəalarına uyğun olaraq müəyyən edilmiş vəzifələr və bu vəzifələrin yerinə yetirilməsinə görə məsuliyyət dərəcələrinə nəzər salmaq maraqlıdır. Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununun 18-ci maddəsində dövlət qulluqçusunun əsas vəzifələri, eyni zamanda, onların hüquqları, bu sahədə olan məhdudiyyətlər və digər şərtlərlə yanaşı, ayrıca maddə ilə (maddə 25) dövlət qulluqçusunun məsuliyyəti müəyyən edilmişdir. Bu maddədə göstərilir: “Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur”.

Dövlət qulluqçusunun məsuliyyətini müəyyən edən bu maddədə Qanunun tələbləri pozulduqda, dövlət qulluqçusu barəsində tətbiq olunan töhmət, vəzifə maaşının 30 faizədək azaldılması, eyni təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi, daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi, ixtisas dərəcəsinin bir pillə aşağı salınması, ən nəhayət, dövlət qulluğundan azad edilməsi nəzərdə tutulur.

Bundan başqa, həmin maddəyə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, xidməti yoxlama təyin edilir, yazılı izahat verilməsindən imtina edildikdə, bu rəsmiləşdirilir və intizam tənbehinin tətbiqinə mane olmur.

Dövlət qulluqçuları, həmçinin qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Dövlət qulluqçusunun fəaliyyəti nəticəsində dəymiş maddi zərərə görə dövlət qulluqçusu maddi məsuliyyət daşıyır və onun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Dövlət qulluqçularının məsuliyyəti digər qanunvericilik aktlarında, xüsusilə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunda göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur.

Dövlət qulluqçusunun məsuliyyətindən danışarkən Qanunun 26-cı maddəsi üzərində də ayrıca dayanmaq lazım gəlir. Qanunsuz göstərişin yerinə yetirilməsi üstündə dövlət qulluqçusunun məsuliyyətinə dair maddədə göstərilir ki, dövlət qulluqçusu öz hərəkətlərinin qanuniliyi üçün cavabdehdir. Rəhbər işçinin göstərişini qanunsuz sayan dövlət qulluqçusunun etirazına baxmayaraq, həmin rəhbər işçi öz göstərişini qüvvədə saxlayırsa və ondan yuxarı vəzifəli rəhbər işçi həmin göstərişi ləğv etmirsə, dövlət qulluqçusu məsuliyyətdən azad olunur. Qanunun bu müddəası dövlət qulluqçusuna öz haqlı mövqeyini müdafiə etmək, qanuna zidd göstəriş və tapşırığı icra etməmək hüququ verirsə, rəhbər vəzifəli şəxsi də öz məsuliyyətini dərk etmək məcburiyyəti qarşısında qoyur.

Dövlət qulluqçularının, xüsusilə vətəndaşların öz qayğı və problemlərinin həlli üçün müraciət etdikləri məmurların da məsuliyyəti gündən-günə artırılır. Bu baxımdan hazırda Milli Məclisdə müzakirə olunan və yaxın aylarda qəbul ediləcək “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyasının “Bu Qanunun pozulmasına görə məsuliyyət” adlı 16-cı maddəsində göstərilmişdir ki, bu Qanunun pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Bu da bir faktdır ki, respublikanın sürətli inkişafı davam etdikcə, dövlət qulluğu sistemi daha da təkmilləşir, dövlət qulluqçularının sosial müdafiəsi gücləndirilir və eyni zamanda bütün sahələrdə, bütün məsələlərdə onların məsuliyyəti də artırılır.

İnzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi onun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirməsini qiymətləndirməkdən və işçinin gələcək inkişafını müəyyən etməkdən ibarətdir. Xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticələri dövlət qulluqçusunun attestasiyası zamanı nəzərə alınır. Qanunda göstərildiyi kimi, bu qiymətləndirmə bilavasitə müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən həyata keçirilir və Qanunda göstərilən meyarlar - dövlət qulluqçusunun peşə bilikləri, xidməti vəzifələrə münasibəti, təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı, yaradıcılığı və təşəbbüskarlığı, əmək intizamı, iş təcrübəsi və bu təcrübəni bölüşməsi, kollektivdə işləmək bacarığı, ünsiyyəti, işçilərarası münasibəti və digər meyarlar əsas götürülür və nəticədə dövlət qulluqçusunun xidməti fəaliyyətinə əla, yaxşı, kafi və qeyri-kafi kimi qiymətlərdən biri verilir.

Dövlət qulluqçusunun məsuliyyətini artırmaq və bu məsuliyyəti gücləndirmək üçün hər bir dövlət orqanında vaxtaşırı keçirilən attestasiyaların rolu böyükdür. “Dövlət qulluğu haqqında” Qanunda hər bir işçinin beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilməsi nəzərdə tutulmuş və onun keçirilməsinin əsas prinsipləri və müddəaları Qanunun 31-ci maddəsində geniş şərh olunmuşdur. Attestasiyanın keçirilməsi və işçinin fəaliyyətinə qiymət verilməsinin bütün cəhətlərini əks etdirən maddədə dövlət qulluqçularının attestasiyanın nəticələrindən müvafiq icra hakimiyyəti orqanına şikayət edə bilməsi müddətləri və qaydası da göstərilmişdir.

Bir sözlə, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanunu və bu Qanundan irəli gələn digər normativ hüquqi aktlarda dövlət qulluqçularının əsas hüquq və vəzifələri ilə yanaşı, onların məsuliyyəti də hərtərəfli müəyyən edilmiş və bu məsuliyyəti dərk edə bilən hər bir dövlət qulluqçusu, sözsüz ki, qarşısına qoyulan vəzifələri yerinə yetirərkən Qanunun bu müddəalarına ciddi əməl etməlidir. Ölkə Prezidentinin keçirdiyi bütün konfrans, müşavirə və görüşlərdə bu məsələ həmişə diqqət mərkəzində saxlanılır, ayrı-ayrı sahələrdə baş verən neqativ hallar barəsində ciddi tədbirlər görülür və dövlətin idarə olunmasında iştirak edən hər bir vəzifəli şəxsdən qanunların tələblərinə tam riayət edilməsi qəti şəkildə tələb olunur.

Ölkədə gedən böyük abadlıq və quruculuq işləri, eyni zamanda, Azərbaycan tarixində analoqu olmayan müasir infrastruktur obyektlərinin, yolların, su kəmərlərinin, qaz xətlərinin, idman, səhiyyə və təhsil obyektlərinin tikilməsi üçün dövlət büdcəsindən külli miqdarda vəsait ayrılır və respublikanın siması günbəgün, hətta saatbasaat dəyişir. Bu böyük quruculuq işlərinin fonunda ayrı-ayrı vəzifəli şəxslərin və məmurların yol verdikləri hər bir səhv və qanunsuzluq bütövlükdə dövlətin və ölkə rəhbərliyinin gördüyü işlərə kölgə saldığına görə Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə öz kəskin münasibətini müntəzəm olaraq bildirir, öz qəti tapşırıq və tövsiyələrini verir. Ölkə Prezidentinin keçirdiyi respublika əhəmiyyətli elə bir tədbir yoxdur ki, orada görülən müsbət işlər qeyd edilməklə yanaşı, neqativ hallar da çox sərt şəkildə tənqid olunmasın.

Ölkə Prezidentinin hər bir məmurdan və dövlət qulluqçusundan birinci tələbi odur ki, onlar üçün yaradılmış şəraitdən yalnız ölkənin inkişafı və Azərbaycan xalqının rifahı naminə istifadə etsinlər. Cənab Prezidentin irəli sürdüyü əsas tələblərdən biri də budur ki, “İstər ölkə Prezidenti olsun, istər icra hakimiyyətinin başçısı olsun, hansısa başqa sahəyə rəhbərlik etsin, hər bir rəhbərin vəzifəsi ondan ibarətdir ki, mövcud olan problemləri aradan qaldırsın və insanları narahat edən məsələləri həll etsin”.

Dövlət başçısının “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda vəzifəli şəxslərin özünün və onların ailə üzvlərinin cəmiyyətdə narahatlıq doğuran bəzi hərəkətləri, onların fəaliyyətindəki nöqsanları, sahibkarlara göstərdikləri mənfi münasibəti kəskin tənqid etməsi sıravi vətəndaşlar və ictimai-siyasi təşkilatlar tərəfindən böyük rəğbətlə qarşılanıb və təqdir olunub. Cənab Prezident həmin konfransda insanlarla qarşılıqlı əlaqələri qura bilməyən, onlarla səmimi, mədəni davrana bilməyən və ehtiyaclarına biganə yanaşan hər bir vəzifəli şəxs haqqında ciddi ölçülər götürüləcəyini bildirmiş və sonrakı dövrdə həyata keçirilən tədbirlər, o cümlədən kadr dəyişiklikləri ilə bunu təsdiq etmişdir.

Hər bir sahədə intizam və məsuliyyətin olması, hər bir insanın, bütövlükdə ölkə vətəndaşlarının həyatının təhlükəsizliyi, hüquqlarının və azadlıqlarının qorunması, gündəlik həyatda sabitliyin və əmin-amanlığın, bir sözlə, qayda-qanunun təmin edilməsi deməkdir. Hər bir məmurun məsuliyyət hissi yerində olsa, ölkədə və cəmiyyətdə neqativ halların sayı sıfra enər və xoşagəlməz heç bir hadisə baş verməz.

Ölkə rəhbəri 2015-ci il mayın 20-də keçirdiyi müşavirədə demişdir: “Mən dəfələrlə demişəm ki, vəzifəli şəxslər özlərini normal aparsınlar, insanlarla ünsiyyət qursunlar, insanları incitməsinlər. Onlar özləri, ailə üzvləri qanunu pozmasınlar. Dəfələrlə demişəm, amma nə görürəm, yenə də mənim göstərişlərimi icra etməyənlər var və nəticə nə olur? Onlar özləri bədbəxt olurlar. Azərbaycan ictimaiyyəti hər şeyi bilir. Heç kim qanundan kənarda qala bilməz. Bir nəfər də toxunulmaz deyil. Bax, son vaxtlar bir neçə iş adamı böyük pozuntularla bağlı məsuliyyətə cəlb edilib. Vaxt gələcək ictimaiyyət bu məsələlərlə bağlı məlumatlandırılacaq. Nəyə görə? Ona görə ki, öz məsuliyyətlərini dərk etməmişlər”.

Ölkə Prezidenti təəssüflə bildirir: “Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər. Ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər. Əfsuslar olsun, belələrinə himayədarlıq edən dövlət məmurları da var ki, onları məsuliyyətdən yayındırmaq üçün min cür əməllərdən çıxırlar. Mən demişəm, burada oturanlar mənim mövqeyimi bilirlər. Bir adam da məsuliyyətdən qaça bilməz, xüsusilə dövlət məmuru. Böyük vəzifə sahibi məsuliyyətli olmalıdır. Biz hüquqi dövlətdə yaşayırıq. Cinayət törətmisənsə, get cəzasını çək. ...Bu gün bütün dövlət məmurlarına, bütün dövlət qurumlarında çalışanlara bir daha xəbərdarlıq edirəm ki, hər kəs qanuna əməl etməlidir, heç kim məsuliyyətdən qaça bilməyəcək”.

Ölkə Prezidentinin bu sözləri hər bir dövlət qulluqçusunun həyat prinsipi olmalı və onlar Azərbaycan dövləti, Azərbaycan Prezidenti, Azərbaycan xalqı, ən nəhayət, öz vicdanı qarşısında öz məsuliyyətlərini dərindən dərk etməlidirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır