DÖVLƏT TƏRƏFİNDƏN FERMERLƏRƏ 10 MİLYON MANAT KREDİT VERİLMİŞDİR
Bakı, 31 avqust (AZƏRTAC). Bu ilin əvvəlindən dövlət tərəfindən kənd təsərrüfatının kreditləşdirilməsi üçün ayrılmış 10 milyon manat vəsaitin fermerlərə çatdırılması prosesi yekunlaşmışdır.
Vəsait Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən paylanmışdır. Agentlikdən bildirmişlər ki, tərəvəz yetişdirilən istixanaların qurulmasına 775 min, heyvandarlığın inkişafına 4 milyon 800 min, meyvə təsərrüfatlarının bərpasına 1 milyon 400 min manatdan çox kredit ayrılmışdır. Bakıətrafı kənd və qəsəbələrdə südçülük və intensiv özəl ətlik təsərrüfatlarının yaradılması və inkişafı üçün 12 fermerə 650 min manat məbləğində kredit verilmişdir. Həmçinin fermerlerə müasir tələblərə cavab verən rəqabət qabiliyyətli quşçuluq təsərrüfatlarının inkişafı məqsədi ilə 1 milyon 472 min, göl balıqçılığının inkişaf etdirilməsi üçün 552 min, arıçılıqdan ötrü 121 min manat güzəştli kredit çatdırılmışdır.
Beləliklə, son 3 ildə dövlət tərəfindən agentliyin xətti ilə fermerlərə verilmiş güzəştli kreditlərin məbləği 20 milyon manata çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]