Dövlət Xidməti: Hərracda 10 nəqliyyat vasitəsi özəlləşdirilib
Bakı, 23 avqust, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 10 nəqliyyat vasitəsi satılıb. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə, 42 sifariş qəbul edilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, hərrac rəqabətli olub. Belə ki, “UAZ” markalı avtomobilin start qiyməti 3500 manat olsa da, ən son təklif 8400 manata yüksəlib. İlkin qiyməti 8100 manat olan “QAZ 3302” markalı nəqliyyat vasitəsi 8570 manata özəlləşdirilib. Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/35QxX7 linki vasitəsilə tanış olmaq olar. Cari ay üzrə növbəti hərrac avqustun 29-da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]