Dövlət Xidməti: Hərracda 22 nəqliyyat vasitəsi satılıb
Bakı, 26 iyul, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti özəlləşdirmə hərracına çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 82 sifariş qəbul edilib, hərracda 22 nəqliyyat vasitəsi satılıb.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, hərracda “KamAZ 65113 D3” markalı xüsusi təyinatlı nəqliyyat vasitəsinə maraq daha çox olub. Belə ki, ilkin satış qiyməti 10 min manat olsa da, ən son təklif 18 min manata yüksəlib. Bundan başqa, 9 min manat ilkin satış qiyməti ilə təklif edilən “Kia Sorento” markalı nəqliyyat vasitəsi 13 min 200 manata satılıb. Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/357Coj linki vasitəsilə tanış olmaq mümkündür.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən növbəti hərraclar 1, 8 və 15 avqust tarixlərində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]
Masallının iki kəndinin yolları təmir olunub VİDEO
- 29.09.2026 [17:20]