Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlətçilik tariximizin Zəfər erası – ŞƏRH

Dövlətçilik tariximizin Zəfər erası –  ŞƏRH

Bakı, 14 noyabr, AZƏRTAC

XXI əsrin üçüncü onilliyində dünyanın geostrateji mənzərəsi olduqca mürəkkəb və ziddiyyətlidir. İqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, ictimai münasibətlərdə xaos, ideoloji boşluq, kənar müdaxilələrin acı nəticələri və digər mənfi hallar müxtəlif ölkələrin real durumunu əks etdirir. Səbəblər isə müxtəlifdir: siyasi hakimiyyətlərin nüfuzunun olmaması, səmərəli idarəetmə sisteminin yaradılmaması, xarici siyasətdə çoxsaylı qüsurlar və sair. Ona görə də “rəngli ssenari”lər, iğtişaşlar, inqilablar, çevrilişlər, üsyanlar bir sıra ölkələr və regionlar üçün siyasi ənənə - “milli adət”ə çevrilib, yaxud xroniki geosiyasi xəstəlik halını alıb. Azərbaycan nümunəsi isə müsbət təcrübəni və mütərəqqi modeli ifadə edir. Bu gün respublikamız güclü - qüdrətli və qalib dövlət, dünyada söz və nüfuz sahibi olan etibarlı tərəfdaş, regionun lider ölkəsi olaraq geosiyasi cazibə mərkəzi kimi diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərlinin “Dövlətçilik tariximizin Zəfər erası” sərlövhəli məqaləsində yer alıb.

Məqaləni təqdim edirik.

Fövqəladə nailiyyət, yaxud siyasi möcüzə

Əlbəttə, olduqca mürəkkəb regionda və çətin geosiyasi şəraitdə məkrli qüvvələrin, uzun müddət regionda kök salmış neqativ vəziyyətdən istifadə etməyə çalışan avantüristlərin planlarını pozaraq - niyyətlərini iflasa uğradaraq işğal faktını aradan qaldırmaq, sadəcə olaraq, fövqəladə nailiyyət, yaxud siyasi möcüzədir.

Azərbaycan kimi uzun müddət işğal, bölücülük və ikili standartlardan əziyyət çəkən bir çox dövlət, o cümlədən postsovet ölkələri mövcuddur. Hər birinin özünəməxsus iqtisadi, hərbi-strateji potensialı, demoqrafik və geosiyasi resursları var. Amma regionda mürəkkəb beynəlxalq vəziyyətdə, çətin şərtlər və şərait fonunda haqq işini qələbə ilə yekunlaşdıran, separatizm kimi "geopolitik xərçəng daşıyıcısı olan hüceyrələrin metastazı"nın qarşısını alaraq dövlətin vahid siyasi orqanizm olaraq bütöv sağlamlığını təmin edən məhz Azərbaycandır.

Dünya azərbaycanlılarının Lideri - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji oyun qaydalarını 4 qızıl qanun əsasında müəyyənləşdirməsi sayəsində bu reallıqları yarada, uğura çata - zirvələri fəth edə bilmişik: vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq. Prezident İlham Əliyev müdrik dövlət xadimi, təcrübəli siyasətçi, qətiyyətli lider kimi vaxtı düzgün seçdi: Azərbaycan nə tələsdi, nə gecikdi - hər şey zamanında! Təxribatlara, sabotajlara, prosesləri pozmaq cəhdlərinə, süni müdaxilələrə, ikili standartlara baxmayaraq, strateji hədəfə nail olduq.

Zəfər yolu - istiqlal, istiqrar və istiqbal xətti

Doğrudur, coğrafiya taledir, amma insandan fərqli olaraq dövlətlər dünyaya yazılı tale ilə gəlmirlər. Ərazi mühüm amildir, amma həlledici deyil. Və tarix yazmaq, coğrafiya yaşatmaq üçündür. Böyük dövlətlərin təcrübəsi ilə yanaşı, artıq qeyd etdiyimiz kimi, Azərbaycan nümunəsi də var. Ölkəmizin coğrafi mövqeyi kimi, regionun reallıqları da bəllidir. Maraqların toqquşduğu, kəsişdiyi, uzlaşdığı bölgədə yerləşmişik - dörd tərəfdən “geosiyasi tamah” sahiblərinin maraq obyektindəyik, bir sıra coğrafi cəhətlərdən “geostrateji rüzgar”lar zaman-zaman sərt hava kütləsi kimi Azərbaycana da yönəlir. Belə bir çətin şəraitdə ölkədə sabitliyi, həmrəyliyi qoruya, üçrəngli bayrağımızı Şuşa zirvəsində dalğalandıra, azad Qarabağı abad məkana çevirə bilmişik. İndi dövlətçiliyin daha bir işlək marşrutu - Zəfər yolu hərbi müstəvidə qazanılmış Qələbəni diplomatik-siyasi arenada və quruculuq meydanında möhkəmləndirmək, iqtisadi gücümüzü, ictimai immunitetimizi artırmaq, siyasi üstünlüyümüzü, beynəlxalq mövqeyimizi gücləndirmək üçün dayanıqlı zəmin rolunu oynayır. Bu gün Zəfər yolu Azərbaycanın çoxəsrlik və müasir dövlətçilik marşrutu, Türk dünyasının perspektiv istiqlal, istiqrar və istiqbal xəttidir. Müzəffər Ali Baş Komandanımızın qeyd etdiyi kimi: "Heç kim bizi yolumuzdan döndərə bilməz". Çünki haqq yolundayıq! 2500 il əvvəl qədim Çin filosofu Lao Tszının ifadə etdiyi "Min millik yol bir addımla başlayır" fikrini XXI əsrin üçüncü onilliyində təsdiq etmişik.

Tarix dünənin siyasəti, siyasət isə bu günün tarixidir. İndi regionda yeni tarix yazılır - Azərbaycanın müəllifliyi ilə. Azərbaycanın diplomatik müstəvidə strateji gedişləri bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırır. Avrasiyanın “heartland” nöqtələrindən hesab olunan Cənubi Qafqazın bir əsrlik geosiyasi arxitekturası dəyişir, uzun illər hərbi-siyasi toqquşma məkanı olan, gərginliyin və narahatlığın hökm sürdüyü regionda əməkdaşlıq, inteqrasiya üçün yeni imkanlar meydana çıxır.

Azad Qarabağdan Azadlıq meydanına...

Dünyada indiyə qədər çoxsaylı müharibələr baş verib. Öz müstəqilliyini, ərazi bütövlüyünü qorumaq və suverenliyini bərpa etmək üçün milli mübarizəyə qalxan millətlər heç də həmişə qalib olmayıblar. Yalnız qətiyyətli lideri olan, həmrəylik nümayiş etdirən xalqlar haqq-ədalətin təmininə nail olublar. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli Liderliyi, milli birlik-həmrəylik, ordumuzun qüdrəti, əsgər və zabitlərimizin şücaəti sayəsində tarixi ədaləti bərpa etməyin sonsuz qürurunu yaşayan Azərbaycan xalqı bu gün dünyada qalib, müzəffər, qürurlu və qurucu xalq kimi tanınır.

Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş paradda verilən mesajlar da onu göstərir ki, regionda saatlar Bakı vaxtı ilə qurulur. Azərbaycan istənilən təhdidin qarşısını almağa və bütün strateji hədəflərini gerçəkləşdirməyə qadirdir. Yeni reallıqlardan narahat olan bir sıra qüvvələrin bu gün Azərbaycana və bütövlükdə regiona yönəlik provokasiya cəhdləri - konfrontasiya ssenariləri, sadəcə olaraq, iflasa məhkumdur.

Tarixi Qələbədən Böyük Qayıdışa

Müzəffər Liderimiz paradda çıxışı zamanı qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir: “Bu gün “Böyük Qayıdış” Proqramı icra edilir. Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları, evlər tikilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır”.

Böyük Qayıdış tarixi Qələbənin strateji prosesə çevrilməsini təmin edən çox mühüm amillərdən biridir. “Konstitusiya və Suverenlik İli”ndə də qürurlu və müzəffər xalqın nümayəndələri, qüdrətli və məğrur dövlətin vətəndaşları kimi azadlıqdan abadlığa aparan yolda inamla addımlayırıq. Qarabağın Xilaskarı İlham Əliyevin lider dövlətin Lideri kimi işğaldan azad olunmuş torpaqlarımıza atdığı hər addım tarixin yaddaşına əbədi həkk olunur. Həmin ərazilərdə kənd və şəhərlərimizin, mədəni irsimizin bərpa olunması, yeni reallıqlar əsasında ölkəmizin və regionumuzun gələcəyinin inşa edilməsi müstəsna önəm daşıyır.

“Bizi heç kim və heç nə dayandıra bilməz!”

Zəfər yürüşümüz ictimai-siyasi, sosial-iqtisadi, mədəni-humanitar, diplomatik-strateji müstəvidə davam edir: Yeni zirvələr fəth etmək məqsədilə:

- Zəfər yolunun ictimai əsasları möhkəmləndirilir - milli həmrəyliyin qorunması və daha da gücləndirilməsi üçün ardıcıl, məqsədyönlü siyasət həyata keçirilir;

- sosial-iqtisadi imkanlar genişləndirilir - işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi xüsusi diqqət mərkəzindədir;

- tarixi - milli yaddaşımız yenilənir, mədəni ənənələrimiz müasir dəyərlərlə vəhdətdə zənginləşdirilir;

- Qələbənin siyasi-diplomatik müstəvidə möhkəmləndirilməsi işi aparılır.

Bir sözlə, Zəfər yolunda inamla irəliləyirik. Və əminik: Azərbaycan bundan sonra da bütün strateji hədəflərinə çatacaq. Prezident İlham Əliyevin təbirincə: “Bizi heç kim və heç nə dayandıra bilməz!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL