Dövriyyədə olan ödəniş kartlarının sayı artıb
Bakı, 21 avqust, AZƏRTAC
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı iyul ayının sonunda ötən aya nəzərən 306 min ədəd artaraq 15 milyon 346 min ədəd təşkil edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19.5 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 18.7 faiz, kredit kartları üzrə 24.5 faiz olub. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 110 min, kredit kartları 404 min, digər kartlar isə 1.8 milyon ədəd artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:34]
Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək
- 29.09.2026 [13:12]
AZAL-ın ixrac gəlirləri açıqlanıb
- 29.09.2026 [13:00]
“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb
- 29.09.2026 [12:58]
“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb
- 29.09.2026 [12:55]