DÖVRİYYƏDƏ OLAN PULUN HƏCMİ ARTMIŞDIR
AZƏRTAC Milli Bankın mətbuat xidmətinə istinadla xəbər verir ki, avqustun 1-i üçün dövriyyədə olan pul kütləsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 72,1 faiz artaraq 5211,7 milyon manat təşkil etmişdir.
Göstərilən məbləğin 3488,3 milyonu nağd pul vəsaitlərinin, 855,9 milyonu tələb edilənədək vəsaitlərin, 867,5 milyon manatı isə müddətli depozitlərin payına düşmüşdür.