DST: Çin koronavirus epidemiyasını tam nəzarət altına almaq yolundadır
Cenevrə, 9 mart, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Tedros Adhanom Gebreyesus martın 9-da keçirdiyi mətbuat konfransında Çində yeni tip koronavirusa yoluxan pasiyentlərin 70 faizinin artıq sağaldığını bildirib.
AZƏRTAC xəbər verir ki, onun sözlərinə görə, bu ölkədə virusa yoluxan 80 mindən artıq şəxsin 70 faizi artıq evə buraxılıb.
T.A.Gebreyesus Çinin epidemiyanı tam nəzarət altına almaq yolunda olduğunu da bildirib. Pandemiya təhlükəsinin hələ də real olaraq qaldığını qeyd edən DST rəhbəri belə olacağı təqdirdə, bu pandemiyanın dünya nəzarət altına alına bilən ilk pandemiya kimi tarixə düşəcəyini diqqətə çatdırıb. Buna görə də dünyanın müxtəlif ölkələrini hökumətlərin insanları epidemiyadan qorumaq üçün profilaktiki tədbirləri vacib və düzgün hesab olunmalıdır, çünki bir çox ölkələrin nümunəsi göstərib ki, bu tədbirlər virusla mübarizəyə kömək edir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]