Azərbaycan Dövlət İnformasiya Agentliyi

DTX-nin Akademiyasının təşkilatçılığı ilə respublika elmi-praktik konfransı keçirilib

DTX-nin Akademiyasının təşkilatçılığı ilə respublika elmi-praktik konfransı keçirilib

Bakı, 8 may, AZƏRTAC

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının (Akademiya) təşkilatçılığı ilə DTX-nin Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Heydər Əliyevin dövlət təhlükəsizlik siyasəti: tarixi nailiyyətlər və müasir çağırışlar” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

Akademiyadan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə DTX-nin rəhbər əməkdaşları, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov, AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətini sədri, millət vəkili Əziz Ələkbərli və digər millət vəkilləri, təhlükəsizlik orqanlarının veteranları, xüsusi təyinatlı və mülki ali təhsil müəssisələrinin rəhbər şəxsləri və professor-müəllim heyətləri iştirak ediblər.

Konfrans açıq elan olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konfransda Akademiyanın rəisi general-mayor Elşad Nəsirov giriş nitqi çıxış edərək DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin adından qonaqları salamlayıb və konfransda iştirak etdiklərinə görə təşəkkürünü bildirib. General-mayor E.Nəsirov belə bir mötəbər tədbirin məhz Ulu Öndərin adını daşıyan Akademiyanın təşkilatçılığı ilə keçirilməsini təkcə təhlükəsizlik orqanlarında çalışan əməkdaşlar üçün deyil, bütövlükdə milli təhlükəsizlik sisteminin strateji mahiyyətini dərk edən hər bir şəxs üçün xüsusi rəmzi və ideoloji əhəmiyyət kəsb etdiyini vurğulayıb. Müasir Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olan Heydər Əliyevin ölkəmizin milli maraqlarını əsas tutaraq təhlükəsizlik, müstəqillik, müasirlik və multikultural dəyərlər üzərində dayanan dövlət idarəçilik sistemini formalaşdırdığını qeyd edən natiq Ümummilli Liderin dövlət təhlükəsizliyi siyasətinin müxtəlif aspektlərini əhatə edən bu konfransın milli təhlükəsizlik siyasətinin elmi əsaslarla araşdırılması və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi önəm daşıdığını bildirib.

E.Nəsirov qeyd edib ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası dövlətin suverenliyinin, konstitusion quruluşunun və ərazi bütövlüyünün qorunmasına xidmət edən təhlükəsizlik sisteminin hüquqi əsaslarını müəyyənləşdirdi. Azərbaycan Respublikasının Konstitusiyası dövlətin suverenliyinin, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malik sənəd olub. Bu Konstitusiya Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin və hüquqi dövlət anlayışının əsasını təşkil edir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması Azərbaycanın müasir hüquqi dövlət quruculuğu modelinin təkmilləşdirilməsi, suverenlik və təhlükəsizlik konsepsiyalarının daha da möhkəmləndirilməsi istiqamətində atılan məqsədyönlü addımların bariz nümunəsidir. Onun əsasını qoyduğu təhlükəsizlik siyasəti hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yeni siyasi müstəvidə uğurla davam etdirilir. 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər beynəlxalq hüququn bərpası və ədalətin təntənəsi kimi tarixə düşüb. Bu tarixi Zəfərlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Birləşmiş Millətlər Təşkilatının otuz ilə yaxın kağız üzərində qalmış qətnamələri hərbi, diplomatik yollarla reallığa çevrildi. Bu müharibə və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı həm də informasiya manipulyasiyası, hibrid müharibə, kibertəhdidlər kimi yeni tipli təhlükələrlə mübarizədə Azərbaycanın təhlükəsizlik sisteminin çevik və müasir yanaşmalara əsaslandığını bir daha sübut etdi. Əminliklə qeyd edə bilərik ki, Ulu Öndərin şanlı peşəkarlıq məktəbini böyük qürur və fəxarət hissi ilə davam etdirən Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti qarşısında qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi, müstəqilliyimizin əbədiliyi, Ulu Öndərin irsinin dərindən öyrənilməsi, dövlətçiliyimizin qorunması və daha da möhkəmlənməsi naminə bundan sonra da var qüvvəsi ilə çalışacaq, Vətənə sədaqətlə xidmət edəcək göstərilən yüksək etimadı öz xidməti ilə doğruldacaq.

Ardınca konfransda mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfransda Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov “Müstəqillik dövründə Azərbaycan Respublikasının konstitusion inkişafı” mövzusunda məruzə ilə çıxış edib. Müstəqilliyimiz bərpa olunan zaman demokratik quruluşu və qanununun aliliyini özünün başlıca məqsədi elan edən respublikamızın qarşısında duran əsas vəzifələrdən biri yeni Konstitusiyanın hazırlanması olduğunu qeyd edən natiq Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunması ilə yanaşı, müstəqil Azərbaycanın ilk Konstitusiyanın qəbul edildiyini bildirib. Z.Əsgərov qeyd edib ki, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il respublikamızda “Konstitusiya və Suverenlik İli” elan olunmasının milli dövlətçilik dəyərlərimizə, siyasi tariximizə ali ehtiramın təcəssümü olan bu qərar siyasi irsimizin, müstəqillik salnaməmizin, suverenlik mübarizəmizin, torpaqlarımızın azad edilməsi nəticəsində konstitusion hüquqlarımızın tam bərpasının dərindən öyrənilməsi və təbliği, bu istiqamətlərdə yeni siyasi-elmi araşdırmaların aparılması, yeni inkişaf mərhələsində qarşımızda dayanan ideoloji vəzifələrin müəyyən edilməsi baxımından böyük əhəmiyyətə malikdir.

AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev konfransda “Qlobal rəqəmsal transformasiyalar şəraitində Azərbaycan dövlətinin kibersuverenliyinin təmin olunması zəruriyyəti haqqında” mövzusunda məruzə ilə çıxış edib. Bütün dünyada informasiya texnologiyalarının geniş tətbiq olunmasının bir çox məsələlərə yenidən baxmağı tələb etdiyini bildirən natiq ölkəmizdə də bununla bağlı çox mühüm işlər həyata keçirildiyini, həm dövlət səviyyəsində, həm özəl sektorda, həm də insanların şəxsi həyatında informasiya kommunikasiya texnologiyaları geniş tətbiq olunduğunu qeyd edib. Akademik R.Əliquliyev vurğulayıb ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlət siyasəti əsasında informasiya kommunikasiya texnologiyalarını sistemli şəkildə, milli strategiyalar, dövlət proqramları çərçivəsində inkişaf etdirməyə başlayıb. Bu istiqamətdə dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Konfransda Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Heydər Əliyevin dövlət təhlükəsizliyi siyasəti” mövzusunda çıxış edərək Ulu Öndərin təhlükəsizlik orqanlarındakı fəaliyyəti haqqında ətraflı bəhs edərək bu orqanların milliləşdirilməsinin məhz dahi rəhbərin adı ilə bağlı olduğunu qeyd edib.

Konfransda Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov “Ümummilli Lider Heydər Əliyevin milli təhlükəsizlik konsepsiyasında daxili işlər orqanlarının rolu”, Qərbi Azərbaycan İcması İdarə Heyətini sədri, millət vəkili Əziz Ələkbərli “Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti”, Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqatlar İnstitutunun rektoru, general-mayor Arif Həsənov “Heydər Əliyevin hərb siyasəti” mövzularında məruzələrlə çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb