Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dubaydan Bakıya: “flydubai”ın “biznes-sinfindən” ilk təəssüratlar

Bakı, 1 may, AZƏRTAC

Yəqin ki, Dubaya gedən hər kəs aviadaşımaların əlverişli qiymətinə görə Azərbaycanda populyar olan “flydubai” aviaşirkətinin xidmətlərindən heç olmasa bir dəfə istifadə edib. Çoxları “flydubai” aviaşirkətini loukost seqmenti hesab edərək, onda “biznes-sinfin” olmasını təsəvvürlərinə belə gətirmirlər. Lakin bu xidmət var və biz onun üstünlükləri ilə tanış olaraq təəssüratlarımızı sizinlə bölüşmək qərarına gəldik.

“Ekonom-sinif”dən fərqli cəhətlər özünü artıq aeroportda göstərməyə başladı - qeydiyyat masası və gözləmə zalında ödənişsiz “İsveç stolu”. Gəlin hamısını bir-bir danışaq!

Müştərilərə fərdi yanaşma

Kifayət qədər gənc olan “flydubai” şirkəti 2008-ci ildə Dubay hökuməti tərəfindən yaradılıb, münasib qiymətlərinə və yüksək səviyyəli xidmətlərinə görə sərnişinlər tərəfindən dərhal bəyənilib. Bu gün beynəlxalq aviadaşımalar bazarını Dubayın milli aviadaşıyıcısı olmadan təsəvvürə gətirmək mümkün deyil. Onun uçuş coğrafiyası Dubaydan tranzitlə dünyanın 48 ölkəsində 95-dən çox istiqaməti əhatə edir. Təkcə 2017-ci ildə “flydubai” aviaşirkəti tərəfindən 10,9 milyon sərnişin daşınıb. Onun aviaparkındakı 60-dan çox yeni “Boeing 737” təyyarəsi MDB, Yaxın Şərq, Asiya, Afrika, Mərkəzi və Cənub-Şərqi Avropanın, demək olar, bütün ölkələrinə uçur.

2013-cü ildən aviaşirkət öz uçuş reyslərinə “biznes-sinif” xidmətini daxil edib. Yeni layihə çərçivəsində şirkətin premium xidmətlərini seçən sərnişinlərlə xidmət üzrə ayrıca şöbə açılıb. Hər gün fasiləsiz işləyən komanda xidmətin keyfiyyətinə və fərdiliyinə zəmanət verir.

Fərdi xidmət “flydubai” aviaşirkətinin “biznes-sinfinin” devizi və əsas xarakteristikasıdır. “Biznes-sinif” salonunda ənənəvi olaraq “ekonom sinif”dən daha az kreslo yerləşir, çünki 12 sərnişindən hər biri ayrıca diqqətə layiqdir.

Özünüzü evinizdə olduğu kimi hiss edin!

Dubay Beynəlxalq Aeroportunda bizim Dubay-Bakı reysinə qeydiyyatdan keçməyimiz qeyri-adi dərəcədə tez başa gəldi. Aeroportda “biznes-sinif” sərnişinlərinə xidmət üçün ayrıca masanın olması biletlərin rəsmiləşdirilməsini, baqaj, “ekonom-sinif”dən yüksək olan yük norması qəbulunu olduqca sürətləndirir. Məsələn, “biznes-sinfin” hər sərnişini əlində hər biri 15 kiloqramlıq iki çanta götürə bilər, təyyarənin yük bölməsinin baqajına ümumilikdə 40 kiloqram yük verə bilər.

Minik talonunu götürdükdən sonra “biznes-sinif” sərnişinləri üçün nəzərdə tutulan ayrıca ikimərtəbəli “lounge” zonasına getdik. Aeroportun ikinci terminalında “Duty Free” ilə yanaşı yerləşən bu rahat məkanda vaxtın necə keçdiyini hiss etmədik: pulsuz bufet, rahat stollar, yumşaq kreslolar, qəzet-jurnalların müxtəlif dillərdə yeni nömrələri, Wi-Fi, televizorlar...

“flydubai”ın biznes-zalından ayrıca danışmaq lazımdır. Ona istənilən restoran qibtə edə bilər. Siz burada çoxsaylı soyuq yeməkləri - salatlar, buterbrodlar, souslar; habelə isti şorbalar, ət və dəniz məhsullarından ləzzətli xörəklər, cürbəcür meyvə və geniş çeşiddə desertlər tapa bilərsiniz. Müxtəlif şirələr, sərinləşdirici içkilər və limonadlar, elit çaylar, habelə kapuçino və latte makiato hazırlayan qəhvə aparatı sizin xidmətinizdədir.

Nəhayət, reysimizə minik başlandığı elan edildi və biz “biznes-sinif” sərnişinləri üçün nəzərdə tutulan ayrıca çıxışa tərəf getdik. Burada qəlyanaltılar və içkilər görsək də, onlara fikir vermədik, çünki bizi təyyarədə bundan heç də az olmayan bol nemətlər gözləyirdi...

Çörək və tamaşa

Beləliklə, təyyarəyə minik başa çatdı, rahat yerləşin - siz “flydubai” şirkətinin “biznes-sinfində” uçursunuz. Əvvəlcə stüardessaların sizə gətirdiyi şirələrin dadına baxın, üzünüzü və əllərinizi ətirli salfetlərlə silin. Bizi təəccübləndirən o oldu ki, hər birimizə adbaad müraciət etdilər - siz buna “ekonom-sinif” xidmətində rast gələ bilməzsiniz.

Burada olduqca rahat, dəri üzlüklü, oturacağının eni 21 santimetr, maili söykənəcəyinin hündürlüyü 42 santimetr və ayaq üçün siyirmə altlığı olan erqonomik kreslo tam dincəlməyə kömək edir. Hər kreslonun qarşısında yüksək dəqiqliyə malik 12,1 düymlük sensor ekran yerləşir. Yeri gəlmişkən, “flydubai” öz təyyarələrinin salonunda kresloları HD displeyi ilə təchiz edən ilk aviaşirkətlərdən biridir.

Ekranın menyusunda aviaşirkətin üç rəsmi dilində - ərəb, ingilis və rus dillərində yüzlərlə film, televiziya şousu, musiqi albomları və kompüter oyunları seçmək olar. Bundan başqa, əyləncə sistemi 45 qəzetə 7 dildə rəqəmsal keçidi təmin edir.

Çoxfunksiyalı displeyin, həmçinin “mağaza” funksiyasından istifadə etmək olar: ekranda sizə təklif edilənlərdən xoşunuza gələni seçirsiniz və onu sizə dərhal gətirirlər. Seçiminizlə yaxından tanış olduqdan və almaq qərarına gəldikdən sonra yerindəcə nağd və ya bank kartı ilə hesablaş bilərsiniz.

Uçuş zamanı vaxtı keçirmək üçün yeməkdən yaxşı şey yoxdur. Uçuşun günün hansı vaxtına düşməsindən və nə qədər davam etməsindən asılı olaraq “flydubai”ın “biznes-sinif” salonunda sizə səhər yeməyi, lanç və ya şam yeməyi təklif edilə bilər. Biz gündüz uçurduq və nahar üçün təklif edilən kompleks yeməklərdən birini seçdik. Bir neçə dəqiqə keçdikdən sonra alman kartof salatı, sitrus yağında qızardılmış balıq, habelə üstünə bal çəkilmiş toyuq gətirdilər. Desert üçün biz piroq götürdük. Hamısı əsl restoranda olduğu kimi idi. Maraqlıdır ki, burada çəngəl-bıçaq “ekonom-sinifdə” olduğu kimi plastik deyil, metaldandır.

Bir sözlə, qidalar o dərəcədə əla, başlıcası ilə faydalı və dadlıdır ki, uçuş vaxtının necə keçməsindən xəbər tutmursan.

“Azərbaycan - bizim üçün mühüm bazardır!”

Son bir neçə ildə “flydubai” şirkətinin Bakıdan uçan reyslərinin tezliyi artıb, indi gündə üç reys uçur. Bundan başqa, keçən il “flydubai” ilk dəfə olaraq yay dövründə Qəbələdən Dubaya birbaşa reys açdı. Məlum olduğu kimi, Azərbaycan ərəb ölkələrindən olan turistlər arasında məşhurdur, buna görə də 2018-ci ildə şirkət Qəbələ reyslərini bərpa edəcək.

“2009-cu ildən bəri biz Bakıya Dubaydan birbaşa reyslə uçuruq. Bu il isə Qəbələyə yay mövsümü reyslərinin ikinci ili olacaq”, - deyə “flydubai”ın kommersiya əməliyyatları üzrə böyük vitse-prezidenti Ceyhun Əfəndi qeyd edib. Azərbaycan bizim üçün mühüm bazardır. Bakı işgüzar turizm üçün yaxşı infrastruktur, otellər, dadlı halal yeməklər, mənzərəli dəniz sahili təklif edir. Bütün bunlar “flydubai”ın müxtəlif istiqamətlərdən olan turistləri arasında layiqincə qiymətləndirilir”.

Aviaşirkət daim təkmilləşir və tezliklə özünün onsuz da aktual olan aviaparkını yeniləmək fikrindədir. 2013-cü və 2017-ci illərdə Dubayda keçirilən aviaşouda “flydubai” “Boeing” şirkəti ilə daha böyük tutumlu, ən yeni “Boeing 737 MAX 8” modellərinin göndərilməsi barədə saziş imzalayıb. Keçən il “flydubai” aviaparkı, nəhayət, ilk yeni təyyarələrlə tamamlandı. Bu müqavilələr çərçivəsində yaxın on il ərzində şirkətin xidmətinə 295 yeni model “Boeing” daxil olacaq. İlk növbədə uzaq məsafələrə uçan təyyarələr dəyişdiriləcək, sonra isə bütün aviapark, o cümlədən Azərbaycana uçan təyyarələr yenilənəcək. Maralıdır ki, yeni təyyarələrdə eksklüziv layihələndirmə tətbiq edilir, məsələn, “biznes-sinif” salonunda əsl çarpayıya çevrilən daha rahat kreslolar yerləşdirilir.

Son vaxtlar şirkətin uçuşlarının coğrafiyasına müxtəlif qitələr üzrə onlarla yeni istiqamətlər əlavə olunub. Onların sırasında Kinşasa (Konqonun paytaxtı, Afrika), Krakov (Polşa), Dubrovnik (Xorvatiya), Saloniki (Yunanıstan), Kataniya (İtaliya), Akaba (İordaniya) və digər yerləri qeyd etmək olar.

Həmçinin “flydubai” Dubayın digər aviaşirkəti olan “Emirates” ilə geniş tərəfdaşlıq qurub. Bu saziş çərçivəsində “Codeshare” uçuşları həyata keçirilir. Bu, aviaşirkətlərə birgə reys tərəfdaşları ilə marşrut şəbəkəsini genişləndirmək imkanı verir, nəticədə sərnişinlər dünyanın yüzlərlə istiqamətinə Dubaydan rahat tranzit olmaqla daha böyük seçim əldə edirlər.

Nəhayət, bu il 10 illiyini qeyd edən “flydubai” aviaşirkətinin bortbələdçisi formasının dizaynı dəyişdirilib: indi o, daha ciddi və klassikdir, sahənin peşəkarları arasında haqlı olaraq etiraf edilən və çoxsaylı sərnişinlərinin sevgisini qazanan aviaşirkətin mükəmməlliyinə işarədir.

Emil Eyyubov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb