Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dubrovnik - Xorvatiyanın ən gözəl şəhəri

Bakı, 17 dekabr, Emil Eyyubov, AZƏRTAC

Təsəvvürünüzə gətirin ki, siz günəşli havada qədim şəhəri əhatə edən qala divarlarının ən hündür yerində durmusunuz, aşağıda orta əsrlər tikililərinin qırmızı damları sanki alışıb yanır, qarşınızda ucu-bucağı görünməyən sayrışan mavi dəniz, arxanızda isə meşəli təpələr dayanır. Bura Dubrovnikdir! UNESCO-nun Dünya İrs Siyahısına salınan bu Xorvatiya şəhəri 15 əsrdən artıq tarixə malik olmasına baxmayaraq, çox gözəl qorunub saxlanılıb və açıq səma altında muzey hesab edilir. Bununla yanaşı, Dubrovnik çoxsaylı təmiz çimərliklərə, autentik restoranlara, təbiətlə ünsiyyət imkanlarına, aktiv və sağlamlıq turizminə malik şəhərdir.

Şəhər divarlarında gəzinti və ya Adriatik dənizinin incisi

Dubrovnikin yaşayış məntəqəsi kimi meydana çıxmasının Roma imperiyası dövründə baş verdiyi ehtimal olunur. V və ya VI əsrlərin geniş Roma-Bizans bazilikasının qalıqlarının aşkar edilməsi Dubrovnikin 1600 ildən çox tarixə malik olmasını sübuta yetirir. Şəhərin inkişafı hər şeydən əvvəl onun Adriatik dənizinin şərq sahillərində gözəl coğrafi mövqedə yerləşməsi ilə bağlıdır. XV əsrdə Venesiya donanması ilə yanaşı, Dubrovnikin ticarət donanması Aralıq dənizində ən iri sayılırdı. II əsrdən başlayaraq XIX əsrin əvvəlləri - Napoleonun işğalçı müharibələri dövrünədək Dubrovnik müstəqil respublika idi, ölkəyə knyaz başçılıq edirdi. İndiyədək Köhnə şəhərin divarlarında Knyaz sarayı qorunub saxlanılır. 

Müstəqillik illəri Dubrovnik üçün qızıl dövr olub, şəhər bir çox istiqamətlərdə inkişaf edib. Burada XIV əsrdə kanalizasiya xətti, XV əsrdə isə 11,7 kilometr uzunluğunda su kəməri çəkilib. Dünyada ilk karantin (səhiyyə məntəqəsi) XIV əsrdə Dubrovnikdə açılıb. Məhz buradakı Fransisko monastırının divarlarında XIV əsrin əvvəllərində yaradılan, dünyanın 3 qədim aptekindən biri yerləşir. Bu aptek günümüzdə də fəaliyyət göstərir. Əvvəlcə rahiblər üçün nəzərdə tutulan aptek, vaxt keçdikcə əsasən humanitar nöqteyi-nəzərdən monastır divarlarından kənarda da fəaliyyətini genişləndirib və ictimai obyektə çevrilib. Bu gün buradakı rəflərdə köhnə üsulla hazırlanan dərmanları da görmək olar.

Dövlət, həmçinin incəsənətin himayəçisi kimi də fəaliyyət göstərib. Fransisko monastırının aptekində 1106-cı ilə aid ən qədim musiqi səsyazmaları saxlanılır. Açıq səma altında müasir operaya bənzəyən ilk ictimai tamaşanı şəhər hakimiyyəti yerli müəllifə sifariş verib. 1552-ci ildə Knyaz sarayının qarşısında nümayiş olunan bu tamaşanı Dubrovnik teatrının başlanğıcı hesab etmək olar.

Dubrovnikin Köhnə şəhər mərkəzi - bir-birindən cəmi bir neçə dəqiqəlik piyada gəzinti məsafəsində yerləşən tarixi, memarlıq və mədəni məkanların əsas mərkəzidir. Qalalar, saraylar, muzeylər bu diyarın zəngin tarixi və mədəni irsi ilə daha yaxından tanış olmağa imkan yaradırlar. Bütün bu zənginlik Avropada qorunub saxlanılan ən yaxşı istehkam komplekslərindən biri hesab edilən hündür qala divarları ilə əhatə olunub.

1940 metr uzunluqda olan divarlarda 5 qala, 16 qüllə və istehkam ucalır. Qala divarları ziyarətə gələnlər üçün ilboyu açıqdır. Şəhər divarlarında gəzərkən Dubrovnik Respublikasının müdafiəsi üçün tikilmiş gözoxşayan istehkamları görmək olar. Beş qaladan üçü - Minçeta, Bokar və Müqəddəs İoann qalaları şəhər divarları daxilində, digər ikisi - qərbdə Lovrenats, şərqdə Revelin isə divarlardan ayrı yerləşir.

Məsələn, Müqəddəs İoann qalası şəhərin cənub-şərq istiqamətindən müdafiəsi üçün 1346-cı ildə tikilib, hazırda burada Akvarium və Dənizçilik muzeyi fəaliyyət göstərir. Muzeyin eksponatları Dubrovnik Respublikası yarandığı dövrdən İkinci Dünya müharibəsinədək və daha sonrakı illər ərzində şəhərdə ticarət və gəmiqayırmanın inkişafını əks etdirir.

Təxminən iki kilometrə yaxın uzunluqda olan divarlarda gəzinti Köhnə şəhər haqqında dairəvi panoramda görünüş əldə etmək üçün gözəl fürsətdir. Hər addımbaşı sizin qarşınızda şəhər memarlığının yeni səhnələri açılır: xüsusi harmoniya ilə dolu gizli bağlar və küçələr, meydanlar və tarixi abidələr.

Ta qədim zamanlardan Dubrovnikin sakinləri şəhərə iki əsas girişdən - şərqi Ploçe darvazasından və qərbi Pile darvazasından daxil olublar. Qaldırılan körpü isə sakinləri çağırılmayan qonaqlardan qorumaq məqsədi ilə gecələr yığılırmış. Pile şəhər darvazasından daxil olduqdan sonra pilləkənlə baş küçəyədək düşmək mümkündür. Bu küçə rəsmi olaraq Platsa adlansa da, daha çox Stradun adı ilə tanınır. Stradun Dubrovnikdə açıq səma altında əsas ictimai məkan, görüş və gəzinti üçün sevimli yerdir. Böyük mərasimlərin keçirilməsi ilə yanaşı, bura həm də iri ticarət zonasıdır. Bu məkan, həmçinin köhnə şəhər mərkəzini şimal və cənub hissələrə bölən enli və gözəl küçədir. Stradunun tarixçəsi XI əsrə gedib çıxır: Laus yarımadasını qurudakı əsas yaşayış hissəsindən ayıran kiçik dəniz kanalı bu dövrdə doldurulub. Küçə XII əsrin sonlarında, şəhər divarları ucaldılan zaman hər iki qəsəbənin birləşərək urbanistik vəhdət təşkil etməsi nəticəsində hazırkı görünüşünü alıb.

Stradunun qərb kənarında böyük Onofrio fəvvarəsi yerləşir. Fəvvarənin adı Dubrovnik su kəmərinin inşaatçısı Onofrio della Kavanın adından götürülüb. Stradunun əks tərəfində isə kiçik Onofrio fəvvarəsi yerləşir. Hər iki fəvvarədən axan buz kimi su bu gün də şəhərin sakinlərinə və qonaqlara sərinlik gətirir.

Sponza, “qara” makaronlar və Srdj

Köhnə şəhərin əsas görməli yerlərindən biri də 1516-1521-ci illərdə qotika-intibah üslubunda tikilmiş Sponza monumental sarayıdır. Dubrovnik Respublikası dövründə Sponzada anbarlar və gömrük yerləşib ki, bu da onun digər adının - Divonanın (italyanca tərcümədə “gömrük”) haradan qaynaqlandığını göstərir. Yerli usta Paskoye Militseviçin layihəsi əsasında tikilmiş bu sarayda, həmçinin zərbxana və maliyyə idarəsi yerləşib. Hazırda Sponza sarayında Dubrovnik dövlət arxivi yerləşir. Burada XII əsrdən başlayaraq ta Dubrovnik Respublikasının süqutunadək olan sənədlər saxlanılır. Qanunvericiliyə dair və hüquq kitablarının məcmusu, o cümlədən 1272-ci ildə Dubrovnikin statutu (nizamnamə) və Osmanlı İmperiyasının ali hakimiyyəti dövrünü təsdiqləyən bir çox nadir və unikal sənədlər xüsusilə qiymətlidir. 

Digər saray - Dubrovnikin knyazı və Dubrovnik Respublikası hökumətinin olduğu Knyaz sarayı hazırda mədəni-tarixi muzey qismində fəaliyyət göstərir. Burada XIV-XIX əsrlərə aid zəngin mebel, rəsm, sikkə və məişət əşyaları kolleksiyası nümayiş etdirilir. Binanın birinci mərtəbəsində məhkəmə zalı, həbsxanalar və dəftərxanalar var. Dubrovnik sikkələrinin, möhürlərin, tərəzilərin numizmatik kolleksiyası, həmçinin saat kolleksiyası beletajda yerləşir. Burada gözəl mebel, portret, geyim, aptek inventarı, müxtəlif silah nümunələri görmək mümkündür. Knyaz sarayında, həmçinin “Velikoe veçe” (Böyük şura) zalına aparan qapılar mövcuddur. Bu qapıların yuxarı hissəsində latın dilində “Şəxsi maraqlarınızı unudun, dövlət məsələləri ilə məşğul olun” sözləri həkk olunub. Atriumda isə Dubrovnik Respublikasının mövcudluğu dövründə abidə qoyulan yeganə vətəndaş olan varlı kapitan və xeyriyyəçi Mix Pratsatın büstü yerləşir.

Şəhər küçələrində və Stradunda gəzərkən siz mütləq çoxsaylı meydançalardan keçəcəksiniz. Belə ki, əgər siz səhər vaxtı Marina Drjiç (XVI əsrin komedioqraf və şairi) meydanında olsanız, o zaman yaşıl bazarı görəcəksiniz. Ətraf kəndlərdən fermerlər buraya öz məhsullarını gətirirlər. Dubrovnik regionu təbiət nemətləri ilə zəngindir. Onların sırasına dadlı tərəvəzlər (ənginar, badımcan, qulançar, paxlalılar, müxtəlif kələm növləri), müxtəlif meyvələr (nar, əncir, gavalı, üzüm, qarpız, qovun) və əlbəttə ki, təzə dəniz məhsulları, o cümlədən istridyə aiddir. Yerli məhsullardan dadmaq üçün turistlər Köhnə şəhərin meydan və küçələrində yerləşən açıq havada terrasları olan kafe-restoranlara üz tuturlar. Burada onlara qədim reseptlər əsasında hazırlanmış yerli təamlar - zeytun yağında marinad edilmiş pendirlər, səkkiz ayaqlı ilbiz salatı təklif olunur. “Šporki makaruli” - qızardılmış balıq və sous əlavə edilmiş “bozumtul” makaron daha populyardır. Həmçinin mürəkkəbböcəyinin mürəkkəbi ilə “rənglənmiş”, dəniz məhsulları və müxtəlif souslarla birgə verilən “qara” makaronlar da çox bəyənilir. Biz bu mürəkkəbin xüsusi dadını hiss etməsək də, bu təam çox effektli görünürdü.

Qala divarları ilə dövrələnmiş Köhnə şəhərin mənzərəsindən, dəniz genişliyindən və yaxınlıqdakı adalardan zövq almaqdan ötrü turistlər Dubrovnikdən 415 metr hündürlükdə yerləşən Srdj dağına yollanırlar. Bu dağa stansiyası Köhnə şəhərin yaxınlığında yerləşən kanat yolunun köməyi ilə qalxmaq mümkündür. Kabinka arzu edənləri bir neçə dəqiqə ərzində dağın zirvəsinə qaldırır. Burada baxış meydançası, restoran və suvenir mağazası yerləşir. Dağın zirvəsindəki İmperial qalasında “Vətəndaş müharibəsi muzeyi” də fəaliyyət göstərir.

Lokrum, “Taxt-tac oyunları” və kontonyata

Şəhərin görməli yerlərini gəzməyə sərf edilən enerjini yalnız təbiətin qoynunda və gözəl çimərlikdə bərpa etmək mümkündür. Dubrovnikin ən populyar çimərliyi olan Bane bilavasitə şəhərin yaxınlığında yerləşir və asudə vaxtın səmərəli keçirilməsi üçün böyük imkanlara - baydarkalarda gəzmə, paraseylinq və s. malikdir. 

Çimərlikdən Köhnə şəhərlə üzbəüz yerləşən Lokrum adasına gözəl mənzərə açılır. Bu adaya səfər sakit istirahəti və təbiətlə ünsiyyəti sevənlər üçün gözəl hədiyyədir. Lokrum adasına hər yarım saatdan bir şəhər limanından yola düşən kiçik gəmi ilə 10 dəqiqəyə çatmaq olar.

1959-cu ildə Xorvatiya Elm və İncəsənət Akademiyası adada Botanika bağı yaradıb. Bu bağ bu gün də ziyarətçilərin üzünə açıqdır. İki hektara yaxın sahədə 70 növ evkalipt görmək mümkündür ki, bu da Avstraliyanın hüdudlarından kənarda bu ağacların ən böyük kolleksiyasını təşkil edir. Bağın ərazisində 850-dən artıq ekzotik bitki növləri yetişir, bunlardan 453 növü ağac və kollar, həmçinin 400 növə yaxını sukkulentlərdir (kaktuslar və s.). Lokrum 1964-cü ildə təbiət qoruğu, 1976-cı ildə isə həm də UNESCO-nun mühafizəsi altında xüsusi meşə yaşıllığı elan edilib. Adanın 0,7 kvadratkilometr sahəsindən 0,6 kvadratkilometri sıx yaşıllıqla örtülüb.

Lokrum adası təkcə quruda deyil, həm də adanı əhatə edən dənizdə yaşayan müxtəlif heyvan növlərini ideal ekoloji şəraitlə təmin edir. Maraqlıdır ki, ada 43 müxtəlif quşlar sinfindən olan 156 növ quş üçün daimi yaşayış məskənidir. 150 il bundan əvvəl ershersoq Maksimilian tərəfindən Kanar adalarından gətirilən tovuzquşları Lokruma xüsusi gözəllik verir.

Adada çimmək üçün gözəl yerlər çoxdur, abad çimərlik sahələrində şirin su ilə duşlar quraşdırılıb. Lokrumun görməli yerlərindən ən əhəmiyyətlisi adanın şərqində yerləşən “Ölü dəniz” adlanan və açıq dənizlə əlaqəsi olan kiçik duzlu göldür. Adada daha bir təbiət fenomeni olan “Purpurna jama” (“Bənövşəyi çuxur”) öz adını qayanı bürüyən dəniz otunun bənövşəyi rəngindən götürüb.

Lokrum adasında iki multimedia sərgisi fəaliyyət göstərir: onlardan biri adanın flora və faunasına, digəri isə 2011-ci ildən Dubrovnikdə çəkilişləri aparılan “Taxt-tac oyunları” serialına həsr olunub. Lokrum adası ikinci mövsümdə yer alan süjetə görə, filmin qadın baş qəhrəmanının getdiyi Yaşıl dənizin kənarındakı Kvart şəhəri kimi təqdim olunub. Səhnələrdən bəziləri Lokrumdakı Botanika bağında və keçmiş Benedikt monastırının içərisində lentə alınıb. Sərgidə Dubrovnikdə və Xorvatiyanın digər yerlərində serial çəkilişləri ilə bağlı qısa video da görmək mümkündür.

Səfərin sonunda məzuniyyətdən hansı suvenirləri gətirdiyiniz sualı xüsusilə aktual olur. Dubrovnikdə xeyli sayda mağaza vardır ki, burada xorvat suvenirləri, o cümlədən xarlanmış badam, arantsin (xarlanmış portağal dilimləri), kontonyata (heyvadan hazırlanmış şirniyyat), Xorvatiyada istehsal olunan zeytun yağı, təbii sabun və s. almaq mümkündür.

Ən əsası isə odur ki, siz Dubrovnikdə gördüklərinizdən əldə etdiyiniz təəssüratları, qonaqpərvər xorvatlarla ünsiyyətdən aldığınız gözəl əhval-ruhiyyəni özünüzlə aparacaqsınız!

Fotoşəkillər Vitali Nəzərəliyevə məxsusdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb