DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ DAĞLIQ QARABAĞDA KEÇİRİLƏN QONDARMA “PREZİDENT SEÇKİLƏRİ”Nİ PİSLƏYƏN BƏYANAT YAYMIŞDIR
AZƏRTAC xəbər verir ki, Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyi işğal olunmuş Dağlıq Qarabağda erməni separatçılarının keçirdikləri qondarma “prezident seçkiləri”ni pisləyən bəyanat yaymışdır.
Bəyanatda deyilir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 6-cı maddəsinə əsasən, heç bir sosial qurum, təşkilat və ya şəxs hakimiyyəti zorla ələ keçirə bilməz. Seçkilər və referendumlar yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil olunaraq keçirilməlidir.
DAK-ın Azərbaycan nümayəndəliyi beynəlxalq qurumların, o cümlədən Avropa Şurası, ATƏT, onun Minsk qrupu, eləcə də ayrı-ayrı dövlətlərin erməni separatçılarının Dağlıq Qarabağda keçirdiyi qondarma “prezident seçkisi”ni tanımadıqları və bu addımın münaqişənin sülh yolu ilə həllinə xələl gətirəcəyi ilə bağlı bəyanatlarını və mövqelərini dəstəkləyir.
Dünyanın bütün ölkələrində fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları, eləcə də DAK və onun Azərbaycan nümayəndəliyi də belə seçkiləri qanunsuz hesab edir və qətiyyətlə pisləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]