DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
AZƏRTAC xəbər verir ki, avqustun 25-də Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya “DAK-ın bugünkü durumu və gələcək planları” mövzusunda mətbuat konfransı keçirmişlər.
Təmsil etdiyi qurumun mövcud vəziyyəti, gördüyü işlər barədə məlumat verən S.Rüstəmxanlı DAK-ın fəaliyyətinin genişləndirilməsi istiqamətində zəruri addımların atıldığını bildirmişdir. O vurğulamışdır ki, DAK Azərbaycan həqiqətlərini, xüsusən də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün səylərini daha da artıracaqdır. Bunun üçün proqramlar, müvafiq sənədlər hazırlanmışdır və cari ilin sonunadək bir sıra layihələr həyata keçiriləcəkdir.
F.Pərvizniya DAK-ın Avropa ölkələrində diaspor təşkilatlarımızın birləşməsində, lobbiçilik işindəki rolundan danışmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]