DÜNYA AZƏRBAYCANLILARI KONQRESİNİN YENİ SƏDRİ SEÇİLMİŞDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Dünya Azərbaycanlıları Konqresinin (DAK) iyulun 7-8-də Almaniyanın Köln şəhərində keçirilmiş IX qurultayında qurumun yeni sədri seçilmişdir. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası idarə heyətinin üzvü Qulamrza Təbrizi üç namizəd arasında daha çox səs toplayaraq Konqresin sədri seçilmişdir.
Qurultayda Azərbaycandan səsvermə hüququna malik 80 nəfər, həmçinin qonaq qismində 50-yə yaxın soydaşımız iştirak etmişdir. Ümumilikdə, toplantıya müxtəlif ölkələrdə fəaliyyət göstərən təşkilatlardan 200-dək nümayəndə qatılmışdır.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tədbirdə çıxış edərək, Prezident İlham Əliyevin təbriklərini çatdırmışdır.
DAK-ın əvvəlki sədri Cavad Derəxti hesabat vermiş, təşkilatın bugünkü vəziyyəti, 10 illik fəaliyyəti dövründə görülən işlər, diaspora problemləri geniş müzakirə olunmuşdur.
Konqresin nizamnamə və strukturunda dəyişiklik edilmış, 17 nəfərdən ibarət yeni idarə heyəti yaradılmışdır.
Dövlət Komitəsinin sədri Nazim İbrahimov Cavad Derəxti və Qulamrza Təbrizi ilə görüşmüş, hər ikisinə uğurlar arzulamışdır.
DAK-ın qurultaylarının ildə bir dəfə keçirilməsi qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]